Mojo.az — elanlar
Son Xəbərlər
14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı

15.11.2025 16:16 606
Xırdalanda 17 yaşlı oğlan siqaretə görə tanışını bıçaqladı
Abşeron rayonunda yeniyetmə oğlan tanışını bıçaqlayıb.

Median.Az
Oxu.az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "Kristal Abşeron-1" yaşayış kompleksinin yaxınlığında yerləşən "Karizma" adlı geyim mağazasının qarşısında baş verib.

Xırdalan şəhər sakini, 2008-ci il təvəllüdlü Real Ağayev (soyad şərtidir) gecə saat 2 radələrində mağazanın qarşısında tanışları Ayxan və Nizamini sərxoş vəziyyətdə görüb. O, həmin şəxslərə deyib ki, mağazanın qarşısında oturmasınlar, vətəndaşlar narahat olurlar. Sərxoş vəziyyətdə olan Ayxan ona "get işinlə məşğul ol" deyib. Real Ayxan və Nizamidən siqaret istəyib. Ayxan siqaretinin olmadığını desə də, Nizami ona siqaret verib. Bu isə Ayxana pis təsir edib. Sərxoş vəziyyətdə olan Ayxan Reala hücum edərək onu vurmaq istəyib. Hər iki şəxs əlbəyaxa olublar. Həmin vaxt Real üzərində gəzdirdiyi bıçaqla Ayxana iki zərbə endirib və hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən Real Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə R.Ağayev 3 il azadlıqdan məhrum edilib. Məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib.

Son xəbərlər