Mojo.az Banner
19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı

29.05.2024 15:50 924
Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı

Bakıda son üç ayda eyni marketdən 66 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, 1997-ci il təvəllüdlü Hüseyn Zeynalov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, Səbail rayonu, "20-ci sahə" dairəsi yaxınlığında yerləşən supermarketdən 30 ədəd şokoladı idman gödəkcəsinin içərisinə qoyaraq, marketdən çıxmaq istəyib. Bu zaman marketin mühafizəsi tərəfindən saxlanılıb. Həmin şəxs hadisədən üç ay əvvəl, yəni 2024-cü ilin fevral ayında da həmin marketdən 36 ədəd şokolad oğurlayıb.

O, məhkəmədə oğurladığı şokoladları kafelərə bir manata satdığını bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs edilib.
скачать dle 11.3
Mojo.az Banner