Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi |
Mojo.az Avto
Mojo.az Avto

Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ

19.11.2026 16:07 57
Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ
Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə Rasim İldırımzadə və Qoşqar Məmmədovla bağlı hökm qüvvədə saxlanılıb.

Zaur Mirzəzadənin cəzası isə 6 ay azaldılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rasim İldırımzadə 9 il 9 ay, Zaur Mirzəzadə 10 il 3 ay , Qoşqar Məmmədov 9 il 9 ay müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.

Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib.

Son xəbərlər