Mojo.az Banner
17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra başçısı olmaq istəyən şəxs yarım milyon manat pul verib? - MƏHKƏMƏ İŞİ

15.04.2025 18:35 738
İcra başçısı olmaq istəyən şəxs yarım milyon manat pul verib? - MƏHKƏMƏ İŞİ
Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Daxili İşlər Nazirliyi (DİN) Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə baş tutub.

Zərərçəkən Qurban Piriyev vəkillərin suallarını cavablandıraraq təqsirləndirilənlərə verdiyi pulu hər hansı bir vəzifəyə təyin olunmaq üçün yox, Abşeron rayonunun ərazisində müəyyən bir biznes qurmaq məqsədilə verib.

"Mən xaricdə olduğum üçün gəlib Azərbaycanda hər hansı bir biznes qurmaq fikrinə düşdüm. Mərhum Cəmilə xanımın vasitəsilə Şurabad qəsəbəsi ərazisində böyük bir ərazinin müəyyən bir hissəsini alaraq təsərrüfat qurmaq üçün pul verdim. Sonradan məsələ başqa yerə istiqamətlənərək əraziyə heç baxa bilmədim. Pullarım da mənimsənildi".

Cinayət işində adı hallanan mərhum Cəmilə adlı xanımın oğlu Natiq Xəlilov şahid kimi ifadəsində qeyd edib ki, o, Qurban Piriyevi mərhum anasının vasitəsilə tanıyıb.

"Mən rayonda yaşayıram. Anamdan eşitmişdim ki, Qurban Piriyev adlı şəxs hər hansı bir vəzifəyə təyin olunmaq istəyir. Buna görə də aralarında müəyyən söz-söhbətlər gedirdi. Məsələnin digər tərəflərindən isə xəbərim olmayıb".

Mayın 13-də keçiriləcək növbəti proses digər şahidlərin ifadələri ilə davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Məlumat üçün bildirək ki, iş üzrə təqsirləndirilən Rasim İldırımzadə Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə və ləğv olunmuş "Amrahbank"ın təsisçisi Yunus İldırımzadənin qardaşıdır.

Digər təqsirləndirilən Zaur Mirzəzadə isə həm də "bakutime.az", "xalq.az" adlı saytların rəhbəridir.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevə Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağını bildiriblər. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Daha sonra Qurban Piriyev hüquq-mühafizə orqanlarına şikayət edib. İlkin istintaq dövründə ona dəymiş ziyanın bir qismi ödənilib.

544 min manat ziyanın 85 min manatını Rasim İldırımzadə, 20 min manatını isə digər təqsirləndirilən Zaur Mirzəzadə və Qoşqar Məmmədov qaytarıblar.

Onu da qeyd edək ki, təqsirləndirilənlər barədə daha öncə həbs olmayan qətimkan tədbiri seçilsə də, məlum cinayət isinin məhkəmə istintaqı dövründə təqsirləndirilən Qoşqar Məmmədov barəsində digər cinayət işi ortaya çıxdığından onun barəsində həbs qətimkan tədbiri seçilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner