Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş polkovnikin məmur kimi təqdim etdiyi şəxs həbsdən buraxıldı

06.08.2025 17:16 591
Keçmiş polkovnikin məmur kimi təqdim etdiyi şəxs həbsdən buraxıldı
Eyni vaxtda iki müxtəlif dələduzluq əməlində ittiham edilən Qoşqar Məmmədov azadlığa buraxılıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, o, həm Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımla birgə, həm də başqa cinayət işi üzrə ayrıca mühakimə edilir.

R.İldırımla bağlı məhkəmələrə gələn zaman azadlıqda olan Q.Məmmədov digər şikayətçilərin müraciəti əsasında 4 ay əvvəl həbs olunmuşdu.

O, bir neçə gün əvvəl ikinci iş üzrə həbsdən azad edilib. Q.Məmmədov ev dustaqlığına buraxılıb.

Məhkəmə xeyli miqdarda dələduzluqda təqsirləndirilən müttəhimin ailə vəziyyəti ilə bağlı belə qərar çıxarıb.

Qeyd edək ki, Qoşqar Məmmədov əvvəl Balakən rayonu dairə seçki komissiyasında da işləyib.

Q.Məmmədovun R.İldırımla birgə olan cinayət işinin materiallarında deyilir ki, o, digərləri ilə əlbir olaraq iş adamı Qurban Piriyevi aldadıb. Onlar Piriyevə icra başçısı təyin ediləcəyi ilə bağlı vəd verərək ondan ümumilikdə 510 min manat pul və 34 min manat dəyərində qızıl-zinət əşyaları alıblar.

Bu prosesdə Rasim İldırım Qoşqar Məmmədovu guya Prezident Administrasiyasında çalışan yüksəkvəzifəli məmur kimi təqdim edib. Həmin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilir.

Son xəbərlər