Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənTəhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandıən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi | 13:02 Rəsmi Bakıdan Fransaya etiraz: "Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin" | 12:50 Gülarənin qətli əvvəlcədən planlaşdırılmışdı? - VİDEO | 12:28 Şahzadə Harri Rusiyaya qarşı döyüşməyə hazır olduğunu bəyan etdi | 12:14 Təbrizdə silahlı insident: Azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər | 12:11 Sənədsiz evlərin sahiblərini hansı problemlər gözləyir? – AÇIQLAMA | 12:05 "GTA 6"nın qurucusu Alim Qasımovun ifasını necə tapıb? | 12:03 Paytaxtda bəzi yollar bağlanacaq - Səbəb | 11:57 Məleykə Abbaszadə DİM-dən getdi, rektor təyin olundu - Sərəncam | 11:46 Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir" | 11:43 Nərman Qocatürkün meyiti tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan DTX-nin rəisi Bakıya gəldi

19.11.2026 14:48 27
Gürcüstan DTX-nin rəisi Bakıya gəldi
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Bakıya səfər edib.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilib ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirən general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrimizin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.

Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.

Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən son proseslər və müasir təhlükəsizlik çağırışları ətrafında geniş fikir mübadiləsi aparıblar.

Son xəbərlər