Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü |
Mojo.az Avto
Mojo.az Avto

DTX rəisi Əli Nağıyev Çinə gedib

14.09.2026 15:25 513
DTX rəisi Əli Nağıyev Çinə gedib
Çin Xalq Respublikasının (ÇXR) İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib.

Bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib. Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə "Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı" adlı yekun sənəd qəbul edilib.

Forum çərçivəsində DTX rəisi general-polkovnik Əli Nağıyev Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.

General-polkovnik Əli Nağıyev dəvətə görə minnətdarlığını bildirib, Tibetdə baş vermiş və Çinlə yanaşı, digər ölkələrin vətəndaşlarının da həlak olması ilə nəticələnmiş fəlakətlə əlaqədar dost Çin xalqına və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib. O, Azərbaycan xalqının bu ağır itkilərlə bağlı Çin xalqının kədərini bölüşdüyünü və zərərçəkənlərlə həmrəy olduğunu vurğulayıb.

Görüşdə dünyada təhlükəsizliklə bağlı mövcud vəziyyət və müasir təhdidlərin xarakteri ətrafında fikir mübadiləsi aparılıb, iki qurum arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, ayrı-ayrı regionlarda hərbi münaqişələrin davam etdiyi və qlobal iqtisadiyyat üçün əlavə risklərin yarandığı bir dövrdə artan təhdidlərə qarşılıqlı etimad və hörmət, eləcə də operativ informasiya mübadiləsi əsasında birgə mübarizənin vacibliyi qeyd olunub. Azərbaycan ilə Çin arasında münasibətlərin strateji xarakter daşıdığı, suverenliyə hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı diqqətə çatdırılıb.

Tərəflər dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə töhfə verilməsi, terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və telekommunikasiya sistemlərindən istifadə edilməklə törədilən dələduzluq hallarına qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, habelə hüquq mühafizə və təhlükəsizlik orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.

Görüşün sonunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Son xəbərlər