Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib

27.05.2026 22:01 330
Əli Nağıyev MDB-yə üzv dövlətlərin iclasında iştirak edib
Bildirilib ki, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib.

Bu barədə DTX məlumat yayıb.

Regional təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm qərarların qəbul edildiyi iclasda ötən illər ərzində həyata keçirilmiş antiterror tədbirlərinin yekunları ətraflı təhlil edilib, atılacaq konkret addımlar müəyyənləşdirilib. Bununla yanaşı, iclas iştirakçıları transmilli terrorçuluq və dini radikalizmə qarşı birgə mübarizənin aparılması üçün yeni əməkdaşlıq formatları barədə də razılığa gəliblər.

Texnologiyaların sürətli inkişafını xüsusi diqqətdə saxlayan Şura üzvləri MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətində süni intellektdən istifadəyə dair tövsiyələri əks etdirən konseptual sənədi məqbul hesab ediblər. Müvafiq sənədin icrasının sözügedən strukturların elmi potensialını və əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmağa şərait yaradacağı vurğulanıb.

Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev son dövrlərdə beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xəttlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlər, eləcə də terrorçuluğun yeni təzahürləri və Azərbaycanda müvafiq sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış edib. Mürəkkəb geosiyasi vəziyyətin regiondakı əməliyyat şəraitinə ciddi təsir göstərdiyini vurğulayan xidmət rəisi təhlükəsizlik sisteminə yönələn təhdidlərlə mübarizədə tərəfdaş qurumlar arasında məlumat mübadiləsi və qarşılıqlı əlaqənin xüsusi önəm daşıdığını, bu baxımdan birgə səylərin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılan iclas çərçivəsində təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş sənədlər imzalanıb.скачать dle 11.3
Mojo.az Banner