Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq | 13:22 Azərbaycan nefti ucuzlaşıb | 13:21 Qısqanclıq zəminində həyat yoldaşını döyən şəxs cərimələndi | 13:20 Təhsilə xərclənən milyardlar - Rəsmi rəqəmlər açıqlandı | 13:07 Gürcüstanda keçmiş arvadını öldürtmək üçün killer tutan azərbaycanlı siyasətçi həbs edildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq

19.11.2026 16:35 159
Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq
Azərbaycanda vergi ödəyicilərinin risk dərəcələrinə görə yoxlanılması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Emil Qarayev Bakıda keçirilən “Dövlət-biznes əməkdaşlığı forumu”nda – “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində bildirib.

“Müəssisələrin yaradılması, vergi borclarının ödənilməsinin təxirə salınması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi və xüsusilə az məbləğli borclar üzrə müvafiq dəstək alətlərinin avtomatik qaydada tətbiqi istiqamətində işlər aparırıq. Məqsədimiz odur ki, vergi borcunun yaranması və ödənilməsi heç kim üçün çətin bir prosesə çevrilməsin. Vergilərin hesablanması və ödənilməsi zərurəti yarandıqda dövlətin dəstək mexanizmləri maksimum dərəcədə sadə və prosedur baxımından əlçatan olmalıdır”, – deyə o qeyd edib.

Vergi rəsmisi həmçinin deyib ki, məşğulluq kontekstində digər gözlənti qanunvericiliyə əməl olunması, xüsusilə də yeni iş yerlərinin yaradılmasının mütləq qaydada rəsmi məşğulluqla müşayiət edilməsidir: “Bu, ilk növbədə, biznes subyektlərinin özündə korporativ mədəniyyətin formalaşmasının əsas amillərindən biridir. Gözləntilərimizdən biri də budur ki, istənilən inkişaf və böyümə prosesi mütləq qaydada qanunvericiliyin tələblərinə uyğun şəkildə müşayiət olunmalıdır. Biz də öz tərəfimizdən inzibati nəzarət mexanizmlərini minimum səviyyədə saxlamaq üçün ödəyicilərin risk dərəcələrinə əsaslanan skorinq mexanizminin tətbiqini nəzərdə tuturuq. Bu mexanizm nəzarətin mümkün qədər selektiv aparılmasına imkan verməlidir ki, qanunvericiliyə əməl edən şəxslər inzibati tədbirlərə məruz qalmasınlar.

Gözləntimiz odur ki, təqdim olunan güzəştlərlə yanaşı, inzibati yükün də yüngülləşdirilməsi və prosedurların sadələşdirilməsi biznes subyektlərinin fəaliyyətini asanlaşdırsın. Eyni zamanda, biznes subyektləri də bu çağırışlara cavab verməli, təqdim olunan imkanlardan istifadə edərək qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Rəsmi məşğulluğun təmin edilməsi biznes subyektlərində korporativ mədəniyyətin ayrılmaz hissəsinə çevrilməlidir”.
//banker.az

Son xəbərlər