Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda sadələşdirilmiş verginin bəyannaməsini artıq öncədən doldurmaq mümkün olacaq

15.10.2025 11:11 852
Azərbaycanda sadələşdirilmiş verginin bəyannaməsini artıq öncədən doldurmaq mümkün olacaq
Azərbaycanda "Sadələşdirilmiş verginin bəyannaməsi"nin öncədən doldurulması ("prefiling") sistemi istifadəyə verilib.

Median.Az
bu barədə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Yeni "prefiling" sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.

Bəyannamənin əvvəlcədən doldurulması sistemi həm vergi ödəyiciləri, həm də vergi inzibatçılığı üçün bir sıra üstünlüklər verir. Sistem inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir. Eyni zamanda, vergi bəyannamələrinin daha operativ və dəqiq tərtib edilməsinə, məlumatların öncədən yoxlanılması ilə səhvlərin aradan qaldırılmasına, nəticədə, vergi ödəyicilərinə göndərilən uyğunsuzluqların azalmasına və əlavə yazışmaların qarşısının alınmasına şərait yaradır. Ümumilikdə, "prefiling" sistemi vergi hesabatlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və vergi ödəyicilərinin inzibati yükünün əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.

"Sadələşdirilmiş verginin bəyannaməsi"nin öncədən doldurulması xidmətinin tətbiqi bəyannamələrin tərtib edilməsi istiqamətində həyata keçirilən islahatların davamıdır. Yaxın gələcəkdə Dövlət Vergi Xidməti tərəfindən digər bəyannamələr üzrə də öncədən doldurulma ("prefiling") sisteminin də istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Vergitutma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə "yol xəritəsi"ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulur.

Son xəbərlər