Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər

14.03.2018 12:13 2 422
Sahibkarlar vergi qanunvericiliyi ilə bağlı təkliflər verə bilərlər
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.

Median.Az
Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də, ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə - Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.

Görüşlərdə bildirilib ki, hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də, ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir.

Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər