Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Vergilər Nazirliyində dəyişiklik - Departamentlər ləğv edildi

24.07.2019 20:21 1 971
Vergilər Nazirliyində dəyişiklik - Departamentlər ləğv edildi
Vergilər Nazirliyində departamentlər ləğv edilib, baş idarələr yaradılıb.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, Prezident Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən Vergilər Nazirliyinin strukturuna Milli Gəlirlər Baş İdarəsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə, Çağrı Mərkəzi (baş idarə səlahiyyətli) və yerli bölmələr (baş idarələr, idarələr və şöbələr) daxildir.

İndiyə qədər Vergilər Nazirliyinin strukturuna isə Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti, Milli gəlirlər departamenti, Bakı şəhəri lokal gəlirlər departamenti, Bakı şəhəri kiçik sahibkarlarla iş departamenti, ərazi vergilər departamentləri və idarələri, rayon vergilər şöbələri və Çağrı mərkəzi departamenti daxil olub.

Beləliklə, Milli gəlirlər departamentinin əvəzinə Milli Gəlirlər Baş İdarəsi, Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti əvəzinə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, Bakı şəhəri lokal gəlirlər departamentinin əvəzinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri kiçik sahibkarlarla iş departamentinin əvəzinə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə yaradılıb. Çağrı mərkəzi departamenti də baş idarə səlahiyyət səlahiyyətində fəaliyyət göstərəcək.

Eyni zamanda iki yeni struktur - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi yaradılıb.скачать dle 11.3

Son xəbərlər