Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – SİYAHI

02.02.2018 17:01 3 296
Fazil Məmmədovun vəzifədən çıxarılan qohumları – SİYAHI
Prezident İlham Əliyevin 5 dekabr 2017-ci ilə tarixli sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edildi. Həmin gün prezidentin imzaladığı digər sərəncamla Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edildi.

Axar.az xəbər verir ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir.

İşdən çıxarılanlar arasında keçmiş vergilər naziri F.Məmmədovun da qohumları var. Onların siyahısını təqdim edirik:

1. Namiq Quliyev – F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini. N.Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilib. 2017-ci ilin 25 dekabr tarixində vəzifəsindən kənarlaşdırılıb.

2. Namiq Əliyev – F.Məmmədovun qudası, vergilər nazirinin müavini. N.Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam yanvarın 12-də verilib.

3. Elnur İsgəndərov – F.Məmmədovun bacısı oğlu. Mayor (kiçik vergi xidməti müşaviri) rütbəsi daşıyan Elnur İsgəndərov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2016-cı ilin iyun ayında təyin edilmişdi. E.İsgəndərov öz ərizəsi ilə vəzifəsini tərk edib. Qeyd edək ki, E.İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğludurскачать dle 11.3

Son xəbərlər