Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA

19.11.2026 16:59 186
Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA
Broyler toyuqlarının qısa müddətdə böyüməsi və bazara iri çəki ilə çıxarılması istehlakçılar arasında onların yetişdirilmə üsulları ilə bağlı suallar yaradır. Xüsusilə, toyuqların sürətlə böyüməsi üçün hormonlardan istifadə edildiyi və bu ətin insan sağlamlığına mənfi təsir göstərdiyi barədə fikirlər müzakirə olunur. Bəs bu iddiaların elmi əsası varmı?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, broyler toyuqlarının sürətli böyüməsi onilliklər ərzində aparılan seleksiya işlərinin nəticəsidir:
“Bundan əlavə, onların qidalanmasında balanslaşdırılmış yemlərdən istifadə olunur. Bu yemlərin tərkibində qarğıdalı, soya, yağ, kəpək və digər komponentlər var. Yəni broylerlərə balanslaşdırılmış, vitaminlərlə zənginləşdirilmiş yemlər verilir. Nə üçün? Çünki onlar soyuğa və xəstəliklərə davamlı olmalıdırlar. Kənd toyuqları isə tez-tez tələf olurlar. Bunun səbəblərindən biri baytar nəzarətinin olmaması, düzgün və balanslaşdırılmış yemlə qidalanmamalarıdır. Broylerlərdə isə illərdir seleksiya işləri aparılır. Onların sürətlə böyüməsində bu amillərin də böyük rolu var. Digər tərəfdən, dünyanın heç bir yerində broyler toyuqlarına steroid hormon implantları tətbiq olunmur. Hətta ABŞ-da və Avropada da belə bir praktikaya rast gəlinmir. Bununla bağlı elmi sübut, elmi məqalə də yoxdur. Bəs toyuqlara nə üçün bu cür hormonlar tətbiq edilmir? Çünki məməlilərdən fərqli olaraq, quşların böyümə prosesi daha sürətlidir”.
O qeyd edib ki, onların orqanizmindəki zülallar da böyümə prosesində mühüm rol oynayır:
“Broyler toyuqları düzgün şəraitdə yetişdirildikdə, emal olunduqda və saxlanıldıqda onların istehlakı ilə bağlı əlavə təhlükə yoxdur. Çünki broyler və ya kənd çolpası olmasından asılı olmayaraq, hər hansı bir toyuq düzgün şəraitdə saxlanılıbsa, kəsilibsə, yolunubsa, qida zəncirində hər hansı pozuntu baş verməyibsə, daşınması və saxlanması qaydalara uyğun həyata keçirilibsə, təhlükə yaranmır. Eyni zamanda, restoranlarda və digər ictimai iaşə müəssisələrində də toyuq ətinin bişirilməsi, soyudulması, yenidən qızdırılması və istehlakçıya təqdim edilməsi düzgün qaydada həyata keçirilməlidir. Bütün bu şərtlərə əməl olunduğu təqdirdə heç bir təhlükə yoxdur. Rahatlıqla, könül xoşluğu ilə də yemək olar”.

Son xəbərlər