Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" | 15:57 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib | 15:54 DTX: "Azərbaycanda dövlət saytları kiberhücumlara məruz qalıb" | 15:10 Bəzi müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb | 15:05 “Kontakt Home”un baş direktoru məsuliyyətə cəlb olundu - Pişiyə görə | 14:48 Gürcüstan DTX-nin rəisi Bakıya gəldi | 14:37 Simonyan Azərbaycana gələcək | 13:54 Azərbaycanda zəlzələ oldu | 13:45 Sabirabadda kişi bıçaqlandı: Gəlini saxlanıldı | 13:32 Kartla ödənişlərdə daha çox pul xərcləyirik – AÇIQLAMA | 13:24 Bakıda ilk: Avtobuslar üçün ayrıca işıqforlar quraşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI

30.06.2026 21:43 498
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.

Qoşqar Təhməzlinin sözlərinə görə, Azərbaycanda broyler toyuqlarının intensiv yetişdirilməsi üçün hormonlardan istifadə ilə bağlı iddialar həqiqəti əks etdirmir:

"Bəzi hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanın quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İlk növbədə, qeyd etmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci vacib məqam isə ondan ibarətdir ki, qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti təmin edilir. Hormonlarla yanaşı, quşların yemində və içməli suyunda antibiotiklərin tətbiqi məsələsi də vaxtaşırı gündəmə gəlir. Bu baxımdan bizim irəli sürdüyümüz "Vahid Sağlamlıq" konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, yem təhlükəsizliyi təmin olunarsa, bu, eyni zamanda quş əti və yumurtanın da təhlükəsizliyinin təmin olunması deməkdir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatlarında dövlət nəzarəti tərəfimizdən həyata keçirilir".

AQTA sədri açıqlayıb ki, bu günə qədər 100-ə yaxın quşçuluq müəssisələrində 163 dövlət nəzarəti tədbiri həyata keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib:

"Bununla yanaşı, 300-dən çox laborator ekspertiza aparmışıq. Qətiyyətlə demək istəyirəm ki, aparılan laborator müayinələr zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqlarının aşkarlanması faktı qeydə alınıb".

Son xəbərlər