Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək | 13:10 Azərbaycanda fond yaratmaq 10 dəfə bahalaşır - Yeni tələb | 13:07 Güclü külək reklam lövhələrini aşırsa, məsuliyyəti kim daşıyır? – AÇIQLAMA | 12:39 Dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü həbs edilib | 12:36 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 12:35 Bu ərazilərə qar yağır | 12:34 FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb |
Mojo.az Avto
Mojo.az Avto

AQTA istirahət zonalarında monitorinqlər keçirir

17.05.2019 19:45 1 706
AQTA istirahət zonalarında monitorinqlər keçirir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) ilə birlikdə istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində monitorinqlər həyata keçirir.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, yay mövsümü ilə əlaqədar həyata keçirilən tədbirlərin məqsədi istehlakçıları sağlam qida ilə təmin etməkdir: "Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonalarında nəzarət tədbirləri həyata keçirilir ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər. Ümumilikdə isə qida təhlükəsizliyi ilə bağlı hər mövsümə uyğun spesifik tədbirlər planı icra edilir".

Q.Təhməzli əlavə edib ki, Azərbaycanda qida təhlükəsizliyi sahəsində elə bir sistem qurulmalıdır ki, qəbul etdiyimiz qidalar bizim üçün təhlükə yaratmasın.

Son xəbərlər