Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Sabah Bakıda yağış yağacaq | 19:25 10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb | 19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq | 16:07 Rasim İldırımzadə ilə bağlı QƏRAR VERİLDİ | 16:00 ŞOK CİNAYƏT: 15 ton “Alpen Gold”u oğurlayıb satdı, puluna yük maşını aldı | 15:58 Prezident: "Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir" |
Mojo.az Avto
Mojo.az Avto

Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA

19.11.2026 19:16 51
Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA
Uzun illərdir Xəzər dənizinin ekoloji vəziyyəti həm təbii, həm də antropogen amillərin təsiri ilə müəyyən çətinliklərlə üzləşir. İqlim dəyişiklikləri nəticəsində dəniz səviyyəsinin aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi, eləcə də sahilboyu ərazilərdə insan fəaliyyətinin yaratdığı təsirlər bu ərazilərin mühafizəsi və idarə olunması məsələsini aktuallaşdırır.

Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib.

Qeyd edib ki, Xəzər dənizinin xüsusi su obyekti kimi statusu, hövzənin ekoloji problemləri və ətraf ərazilərdə baş verən proseslər bu sahədə vahid və əlaqələndirilmiş dövlət siyasətinin həyata keçirilməsini zəruri edir.

Onun sözlərinə görə, son dövrlərdə Xəzər dənizində su səviyyəsinin azalması və sahilboyu ərazilərin dəyişməsi qarşıya yeni vəzifələr ortaya qoyur.

“Bununla yanaşı, həmin ərazilərdə antropogen təsirlər, torpaq sahələrindən qanunsuz istifadə və digər nizamsız fəaliyyətlər də mövcuddur. Dövlət qurumları belə halların qarşısının alınması istiqamətində tədbirlər görsələr də, bəzi proseslərin tənzimlənməsi mövcud qanunvericilik çərçivəsində çətinliklər yaradır. Sahilboyu ərazilərlə bağlı imzalanmış yeni fərmanın əsas məqsədlərindən biri dövlət nəzarətinin və ictimai monitorinqin gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, eləcə də qanun pozuntularına qarşı məsuliyyət tədbirlərinin təkmilləşdirilməsidir. Xəzərin sahilboyu ərazilərinə yalnız ekoloji mühafizə baxımından deyil, həm də mühüm iqtisadi resurs kimi yanaşılmalıdır. Bu ərazilərdən səmərəli istifadə, sahibkarlıq fəaliyyətinin inkişafı, dövlətin iqtisadi maraqlarının qorunması və vətəndaşların istirahət-rekreasiya hüquqlarının təmin edilməsi arasında tarazlıq yaradılması vacibdir. Eyni zamanda, ərazilərdə nizamsız və qanunvericiliyin tələblərinə uyğun olmayan fəaliyyətlərin qarşısının alınması mühüm əhəmiyyət daşıyır”, - deyə şöbə müdiri vurğulayıb.

İ.Həbiyevin sözlərinə görə, fərman imzalanmazdan əvvəl bu istiqamətdə dövlət qurumlarının iştirakı ilə monitorinqlər aparılıb və xüsusi işçi qrupu yaradılıb: “İşçi qrupuna həmin ərazilərdə fəaliyyət göstərən müxtəlif dövlət orqanlarının, hüquq-mühafizə və tənzimləyici qurumların nümayəndələri daxil edilib. Monitorinqlər çərçivəsində 8-10 ərazidə araşdırmalar aparılıb, ümumilikdə 20 min 406 hektar torpaq sahəsi əhatə olunub. Araşdırmaların əsas məqsədi mövcud vəziyyəti qiymətləndirmək, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətini vahid siyasət çərçivəsində əlaqələndirmək, səmərəsiz və zərərli fəaliyyətləri müəyyənləşdirərək aradan qaldırmaq olub”.

Şöbə müdiri əlavə edib ki, aparılan təhlillər nəticəsində sahilboyu ərazilərdə torpaqlardan istifadənin daha səmərəli təşkili, dövlət nəzarətinin təkmilləşdirilməsi və mövcud problemlərin sistemli şəkildə həlli istiqamətində təkliflər hazırlanıb.

Son xəbərlər