Mojo.az Banner
18:52 Qazaxda yeniyetmə çayda batıb  |     18:49 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur  |     18:37 Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var  |     18:21 "Qəbələ" milli komandamızın qolkiperi barədə qərar verdi  |     18:09 Nazirin müavinlərinin sayı artırıldı (FƏRMAN)  |     17:58 Namizəd Səfərovun məhkəməsi oldu  |     17:49 Bakıda nəvəsi az bal toplayan qayınata gəlininə xəsarət yetirdi  |     17:39 Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu  |     17:26 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:14 10 aptekdə nöqsanlar aşkarlandı  |     17:09 Bakının mərkəzində iki yol bağlanacaq  |     17:00 Azərbaycanda repetitorluq ləğv ediləcək? - AÇIQLAMA  |     16:56 Bakıda minib-düşmə yeri zəbt edilib - VİDEO  |     16:51 “Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO  |     16:43 “AS Group”a aid olan “4You” MTK Bakıda yaşıllıqları məhv etdi - Materiallar prokurorluğa göndərildi  |     16:38 Xamenei ilə vida mərasimində 100 ölkədən nümayəndə iştirak edəcək  |     16:32 108 ildir insanların və gələcəyin keşiyində - VİDEO  |     16:25 Türkiyə sahillərində güclü zəlzələ oldu  |     16:20 Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb  |     16:12 Qatarla Ağstafa istiqamətində gedəcək sərnişinlərə ŞAD XƏBƏR  |    
Left Banner
Right Banner

Namizəd Səfərovun məhkəməsi oldu

02.07.2026 17:58 111
Namizəd Səfərovun məhkəməsi oldu
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəməyə vəsatətlər verib.

O, ilk vəsatətində özünün və zərərçəkən kimi tanınan Günel Əfəndiyevanın telefonlarının müəyyən vaxt intervalında telefon çıxarışlarının və anten məlumatlarının çıxarılmasını xahiş edib.

Digər vəsatəti saxlanılan zaman yanında olanların şahid kimi dindirilməsi və ətrafdakı kameraların görüntülərinin iş materiallarına əlavə edilməsi ilə bağlı olub.

Hər iki vəsatət baxılmamış saxlanılıb.

Daha sonra dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktını elan edib.

İttihama görə, Günel Əfəndiyeva Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində sosial işçi vəzifəsindən azad edildikdən sonra Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, zərərçəkən kimi tanınan şəxsə vədd verib ki, yüksək vəzifəli tanışlarının vasitəsi ilə Günel Əfəndiyevanı mərhələli şəkildə direktor vəzifəsinə təyin edəcək və buna görə sonuncudan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Namizəd Səfərov elan olunmuş ittihamda özünü təqsirli bilməyib.

O, səhhətinin, yaşının və istintaq təcridxanasından məhkəməyə gedib-gəlməyin çətinliyinin nəzərə alınaraq barəsindəki qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənilməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner