Mojo.az Banner
14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı

05.10.2026 18:30 159
Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya Praqa" (Çexiya) qarşılaşmasında qonaq komandanın azarkeşləri üçün ayrılan yer sayı müəyyənləşib.

Bu barədə Praqa təmsilçisi məlumat yayıb.

Çexiya klubunun azarkeşləri üçün tribunada ümumilikdə 3 675 yer ayrılıb.

Bununla yanaşı, qarşılaşmanı izləməyə gələcək azarkeşlərin riayət etməli olduğu təhlükəsizlik qaydaları da açıqlanıb. Belə ki, arenaya yalnız A4 ölçüsündən böyük olmayan çantalarla girişə icazə veriləcək.

Stadiona spirtli içkilərin, pirotexnikanın, iriölçülü əşyaların və digər qadağan olunmuş vasitələrin gətirilməsi qəti qadağandır. Siqaret çəkmək istəyən azarkeşlər üçün isə yalnız tribunalarda xüsusi ayrılmış zonalarda şərait yaradılacaq.

Qeyd edək ki, "Sabah" - "Slaviya Praqa" matçı oktyabrın 13-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.скачать dle 11.3
Mojo.az Banner