Mojo.az Banner
17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |     16:05 Alim Qasımovla Pünhan Piriyev arasında 15 minlik qalmaqal  |     16:04 Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır  |     15:48 Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR  |     15:46 Rusiyada vəba siqnalı: Azərbaycana keçə bilərmi? — Nələri bilməliyik?  |     15:28 Azərbaycanlıların da olduğu gəmidə batan daha bir nəfərin meyiti tapıldı  |     13:50 Yeni dünya çempionumuz Əhməd Yusifov böyük zəfərindən danışdı  |     13:41 Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb  |     13:36 1 saatlıq bilet al, həm metroya min, həm avtobusa – Yeni təklif  |     13:18 Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı  |     13:17 İlin sonunadək Ağdama nə qədər əhali köçürüləcək?  |     12:52 Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü  |     12:27 Azərbaycanda bir kəndi su basıb  |     12:10 Ramiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir  |     12:06 “Vahid forma hamı üçün əsas şərt olmalıdır” – Hicab məsələsinə ilahiyyatçıdan MÖVQE  |    
Mojo.az Avto
Mojo.az Avto

Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR

05.10.2026 15:48 147
Qızılın qiyməti bu qədər ucuzlaşdı – Şad XƏBƏR
Qızıl bazarında son günlər müşahidə olunan dalğalanmalar investorların diqqətini yenidən bu qiymətli metala yönəldib. ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilər və yüksək faizlərin uzun müddət qüvvədə qala biləcəyi ehtimalı qızılın qiymətinə təzyiq göstərir. Bununla yanaşı, qlobal iqtisadi və geosiyasi proseslər də qiymətli metalın istiqamətinə təsir edən əsas amillər sırasında qalır.

Dünya bazarında qızılın qiymətindəki son dəyişikliklər Azərbaycanda qızılın qiymətinə nə dərəcədə təsir edə bilər?

Bu barədə tanınmış iqtisadçı Fuad İbrahimov Median.Az-a açıqlamasında deyib ki, bu ilin əvvəlində, fevral ayında qızılın qiyməti rekord səviyyələrə çatmışdı:

“Bir unsiya qızılın qiyməti 5 000 dolların üzərində, təxminən 5 250–5 300 dollar dəhlizində ticarət olunurdu. Hətta qısa müddət ərzində 5 500 dollar səviyyəsi də görülmüşdü. Bu, rekord göstəricilər idi. Lakin avqust ayından başlayaraq müəyyən ucuzlaşmalar baş verdi və sonuncu dəfə qızılın bir unsiyasının qiyməti hətta 4 025 dollar səviyyəsinə qədər gerilədi. Bu, ötən ay ərzində baş verdi. Hazırda isə əvvəlki aylardakı aşağı səviyyələrlə müqayisədə qızıl daha yüksək qiymətə ticarət olunur. Məsələn, dünən bir unsiya qızılın qiyməti 4 250–4 300 dollar civarında idi. Federal Ehtiyat Sisteminin dolların dayanıqlılığı və dollar indeksinin vəziyyəti ilə bağlı verdiyi qərarlar qızılın qiymətinə təzyiq göstərə bilər. İnstitusional baxımdan yanaşdıqda, bu amil qızılın ucuzlaşmasına səbəb ola bilər”.

O qeyd edib ki, bazarda spekulyativ yanaşma da mövcuddur:

“Müəyyən bahalaşmalardan sonra texniki ucuzlaşma, yəni korreksiya baş verə bilər. Amma ən əsas məqam ondan ibarətdir ki, dünya bazarlarında bir çox ölkələrin qızıla marağı artıb. Bu ölkələr öz ehtiyatlarının müəyyən hissəsini qızıla çevirirlər. Buraya Çin, Hindistan, Cənubi Afrika Respublikası, Türkiyə və bir sıra digər böyük ölkələr daxildir. Azərbaycan da öz ehtiyatlarının müəyyən hissəsini qızıl ifadəsinə keçirib. Qızılın bahalaşması nəticəsində ölkənin ehtiyatlarının dəyəri də artıb. Bu fonda birdən-birə baş verən ucuzlaşmanı nəzərə alsaq, burada spekulyativ amilin də rol oynadığını söyləmək mümkündür. Qızılın ucuzlaşması, xüsusilə də dünya bazarlarında həddindən artıq alış prosesi getdiyi bir vaxtda, baş verə bilərdi. Elektron ticarət platformalarında qızıla yatırımların, yəni alışların həddindən artıq artması da qiymətə təzyiq mexanizmi kimi qəbul oluna bilər. Hazırkı vəziyyətdə qızılın bundan sonra ucuzlaşıb-bahalaşacağı ilə bağlı dəqiq proqnoz vermək olduqca mürəkkəbdir. Bu, proqnozlaşdırılması çətin olan proseslərdən biridir. Ölkədə qızılın qiymətinin formalaşması dünya birjalarından asılıdır. Dünya birjalarında qızılın qiyməti hansı istiqamətdə dəyişirsə, Azərbaycanda külçələrin satış qiyməti də əsasən həmin istiqamətdə formalaşır. Burada müəyyən faiz fərqləri də nəzərə alınır. Ləl-cavahirat və hazır qızıl məmulatlarına gəldikdə isə nəzərə almaq lazımdır ki, onların qiyməti yalnız qızılın bazar dəyəri əsasında formalaşmır. Satış zamanı qızılın bazar dəyəri ilə yanaşı, zərgərin əməyinin və işinin dəyəri də qiymətə əlavə olunur. Üzərində daş-qaş olan üzük, sırğa və ya digər zərgərlik məmulatının qiyməti mütləq şəkildə həmin gün dünya birjalarında formalaşan qızılın qiyməti ilə eyni nisbətdə dəyişməlidir. Burada zərgərin gördüyü işin və sərf etdiyi əməyin dəyəri də nəzərə alınır. Bu qiymət məmulatın mürəkkəbliyindən, işlənmə xüsusiyyətlərindən və ona sərf olunan zəhmətdən asılı olaraq dəyişə bilər. Hazırda belə bir vəziyyət yaranıb. Qeyd etdiyim amillər fonunda qızıl bazarında gedən proseslər bu şəkildə formalaşır və tənzimlənir”.

Aysel Muxtarскачать dle 11.3
Mojo.az Banner