Mojo.az Banner
17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |     12:53 Quba-Xınalıq yolunda sürüşmə olub, hərəkət dayanıb  |     12:30 Bakıda içməli su xəttində qəza - Əraziyə texnika cəlb edildi  |     12:29 Xaricdən Azərbaycana gələn yük maşını qəzaya uğradı: Xəsarət alanlar var  |     12:27 Azərbaycanda kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu  |     12:24 Bərdədə 26 yaşlı kişi qətlə yetirildi  |     12:12 Fransada kütləvi iğtişaşlar: Yüzlərlə şagird həbs olundu  |     11:49 Azərbaycan nefti ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR

29.09.2026 12:02 168
Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR
Avstriyada naməlum şəxslər tramplindən tullanma üzrə Olimpiya çempionu Tomas Morqenşternin anqarına daxil olaraq onun 600 000 avro (təxminən 1,1 milyon manat) dəyərində olan helikopterini oğurlayıblar.

Median.Az
bu barədə "BILD" nəşrinə istinadən xəbər verir.

Bir qədər sonra helikopter Xorvatiya səmasında görünüb. Polis oğruları axtarır. Məlumata görə, "Robinson R44" helikopteri bazar ertəsinə keçən gecə yoxa çıxıb.

Helikopter sonuncu dəfə sentyabrın 28-də saat 04:20-də (Bakı vaxtı ilə saat 06:20-də) Xorvatiyanın hava məkanında qeydə alınıb.

Avstriyanın Lunqau bölgəsindəki anqar da, oğurlanmış helikopter də Tomas Morqenşternə məxsusdur. Avstriyalı idmançı helikopterdən öz şirkətinin fəaliyyəti çərçivəsində istifadə edərək digər xidmətlərlə yanaşı, ekskursiya, nəqliyyat və fotoçəkiliş uçuşları təklif edirdi.

Avstriyalı idmançı üç dəfə Olimpiya qızıl medalı qazanıb, bir neçə dəfə dünya çempionu olub və iki dəfə Dünya Kubokunun ümumi hesabında qalib gəlib.скачать dle 11.3
Mojo.az Banner