“Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim
Qısa video formatlarının “Reels”, “Shorts” və digər oxşar məzmunların uzun müddət izlənməsi insan sağlamlığına, xüsusilə də nevroloji və psixoloji vəziyyətə mənfi təsir göstərə bilər. Stress və həyəcan yaradan videoların intensiv izlənməsi narahatlıq hissinin artmasına, diqqətin zəifləməsinə, yaddaş problemlərinə və yuxu rejiminin pozulmasına səbəb ola bilər.
Bu barədə nevroloq, baş həkim Röyanə Quluzadə Median.Az-a açıqlamasında deyib ki, qısa və sürətli video məzmunlarının davamlı izlənməsi beyində müəyyən alışqanlıq mexanizmlərinin formalaşmasına gətirib çıxara bilər:
“Bu videolar beyində tez-tez dopamin ifrazını stimullaşdırır. Bu isə asılılıq yaradır. Beyin daima dopamin dozası almağa öyrəşir və nəticədə insan həmin tip qısa və sürətli məlumat axınını daim təkrar izləmək istəyir. Bu mexanizm alkoqol və nikotin asılılığına bənzəyir. Eyni zamanda, bu tip videolar insan beyninin uzunmüddətli fokuslanma qabiliyyətini zəiflədir. Xüsusilə məktəb yaşlı uşaqlar arasında diqqət yayınmaları və öyrənmə çətinliklərinin artmasına səbəb ola bilər. Uzun müddət davam edən diqqət pozuntusu isə qısa müddətli yaddaşın zəifləməsinə, daha sonra isə uzunmüddətli yaddaşın pozulmasına gətirib çıxarır”.
Həkim bildirib ki, diqqət yetirilməli əsas məsələlərdən biri də ekran qarşısında uzun müddət qalmağın, xüsusilə mavi işığın gözlərə və yuxu rejiminə təsiridir:
“Axşam saatlarında qısa videolara baxmaq melatonin hormonunun ifrazının azalmasına səbəb ola bilər. Nəticədə insanın yuxuya getməsi çətinləşir, yuxunun keyfiyyəti aşağı düşür və orqanizm lazımi qədər istirahət edə bilmir. Bu isə növbəti gün yorğunluq, diqqətin dağılması və digər problemlərlə özünü göstərə bilər. Bu proses uzun müddət davam etdikdə diqqət və yaddaş funksiyalarının zəifləməsi, həmçinin emosional sabitliyin pozulması riski yarana bilər. Bu səbəbdən qısa video məzmunlarının izlənmə müddətinə nəzarət edilməli, xüsusilə uşaqlar və yeniyetmələrin bu vərdişdən həddindən artıq asılı vəziyyətə düşməsinin qarşısı alınmalıdır”.
Aysel