Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Siqaret çəkmək iştahanı necə azaldır?

15.04.2025 11:56 1 977
Siqaret çəkmək iştahanı necə azaldır?
Siqaret çəkən zaman insan özünü daha az ac hiss edə bilər. Bu təsir nikotinin beyin və hormonal sistemlərə - xüsusilə də neyromediator və neyroendokrin sistemlərə təsiri ilə bağlıdır.

Bu barədə rusiyalı psixiatr və narkoloq Ruslan İsayev Gazeta.ru-ya verdiyi müsahibədə danışıb.

Həkimin sözlərinə görə, nikotin ilk növbədə beynin hipotalamus adlanan hissəsinə təsir göstərir. Məhz bu beyin sahəsi aclıq və toxluq hissi də daxil olmaqla, əsas fizioloji ehtiyacların tənzimlənməsinə cavabdehdir.

"Nikotinin təsiri nəticəsində hipotalamusda yerləşən xüsusi reseptorlar aktivləşir və beyin aclıq hissini "yatıran" maddələr istehsal etməyə başlayır. Eyni zamanda, nikotin dopaminin - yəni həzz və mükafat hissi ilə əlaqəli neyromediatorun ifrazını stimullaşdırır. Bu da siqaret çəkən şəxsdə müvəqqəti məmnunluq hissi yaradır və sanki qida ehtiyacını əvəz edir", - deyə İsayev izah edib.

Bu təsir xüsusilə stres zamanı qidaya yönəlməyə meyilli insanlarda daha çox müşahidə olunur. Belə hallarda siqaret yemək qəbulunun saxta alternativi kimi çıxış edir.

Həkim həmçinin nikotinin iştahanı azaltmasının digər mexanizmini də qeyd edib:

"Nikotin simpatik sinir sistemini aktivləşdirir - bu da ürək döyüntülərinin artmasına, damarların daralmasına və həzm sisteminin fəaliyyətinin azalmasına səbəb olur. Nəticədə, mədə şirəsinin ifrazı zəifləyir, həzm prosesi yavaşlayır və iştaha azalır. Paralel olaraq qanda şəkərin səviyyəsi artır, bu da beyinə "qida qəbul edildi" siqnalı göndərir - halbuki əslində heç bir qida qəbul olunmayıb".

Beləliklə, siqaret həqiqətən də iştahanı müvəqqəti olaraq azalda bilər. Lakin bu, orqanizmin təbii mexanizmlərinə müdaxilədir və uzunmüddətli faydadan çox, zərər verir.

"İştaha üzərində bu cür "nəzarət" sadəcə illüziyadır. Bu, çox zaman digər problemlərə - o cümlədən psixoloji asılılıq, ürək-damar və həzm sistemlərində pozulmalara səbəb ola bilər", - deyə həkim xəbərdarlıq edib.

Bundan əlavə, Ruslan İsayev qeyd edib ki, siqareti tərgidən insanların bir çoxu çəki artımı ilə üzləşirlər. Bu, yalnız iştahanın bərpası ilə deyil, həm də siqaretin yaratdığı həzz hissinin artıq qida ilə əvəz olunması ilə bağlıdır. Lakin həkimin sözlərinə görə, düzgün psixoloji və tibbi dəstək ilə bu problem tamamilə həll edilə bilər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner