Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsanlarda qorxu hissi necə yaranır?

20.08.2026 17:46 333
İnsanlarda qorxu hissi necə yaranır?
Qorxu insanın təhlükə qarşısında verdiyi təbii reaksiyalardan biridir. Bəzən real təhlükədən, bəzən isə keçmiş təcrübə, düşüncə və təsəvvürlərdən qaynaqlanır. Bu hissin gücü insandan-insana dəyişə bilər və bəzi hallarda gündəlik həyata da təsir göstərə bilər.

Mütəxəssislər qorxuların yalnız şəxsi təcrübə ilə formalaşmadığını deyir.

İnsan, xüsusilə uşaqlıq dövründə yaxınlarının davranışlarını müşahidə edərək müəyyən vəziyyətlərə münasibət formalaşdırır.

Valideynin və ya digər ailə üzvünün hansısa heyvandan, yüksəklikdən, qapalı məkandan və ya başqa bir vəziyyətdən həddindən artıq qorxduğunu görən uşaq həmin obyektin təhlükəli olduğu qənaətinə gələ bilər. Beləliklə, özü heç bir mənfi hadisə yaşamasa belə, zamanla eyni qorxunu inkişaf edir. Bu səbəbdən uşaqların yanında böyüklərin qorxularını necə ifadə etməsi də əhəmiyyətli hesab olunur.

Adi qorxu ilə fobiya eyni anlayış deyil. Qorxu real təhlükə qarşısında insanın özünü qorumasına kömək edən normal reaksiyadır. Fobiyada isə qorxu obyektin və ya vəziyyətin yaratdığı real təhlükə ilə müqayisədə həddindən artıq olur.

Mütəxəssislər bildirir ki, insan bəzən təhlükənin olmadığını bildiyi halda belə, qorxduğu obyektlə qarşılaşdıqda güclü narahatlıq keçirir. Ürək döyüntüsünün artması, tərləmə, titrəmə, nəfəsin sürətlənməsi və vəziyyətdən qaçmaq istəyi kimi reaksiyalar müşahidə oluna bilər.

Məsələn, hörümçəklərin böyük əksəriyyəti insanlar üçün ciddi təhlükə yaratmasa da, fobiyası olan şəxs kiçik bir hörümçək gördükdə belə güclü panika keçirə bilər. Bu qorxu insanın evdə müəyyən otaqlara girməməsinə, açıq havadan çəkinməsinə və gündəlik fəaliyyətlərini məhdudlaşdırmasına səbəb olarsa, artıq fobiya səviyyəsinə çata bilər.

Mütəxəssislər bildirirlər ki, güclü qorxular üzərində işləmək mümkündür. Bunun üçün qorxulan obyekt və ya vəziyyətdən tamamilə qaçmaq əvəzinə, onunla təhlükəsiz və tədricən qarşılaşmaq üsulundan istifadə edilə bilər.

Məsələn, hörümçəkdən qorxan şəxs onun şəkillərinə baxa və qorxu səviyyəsi azaldıqca digər mərhələlərə keçə bilər. Eyni yanaşma bəzi digər fobiyalarda da tətbiq olunur.

Lakin qorxu insanın gündəlik həyatına ciddi təsir göstərirsə, problemi təkbaşına həll etməyə çalışmaq əvəzinə psixoloq və ya digər mütəxəssisdən dəstək almaq daha məqsədəuyğundur. Çünki qorxunun səbəbini müəyyənləşdirmək və ona uyğun müalicə üsulu seçmək fobiyanın aradan qaldırılmasını asanlaşdıra bilər.
//sfera.az

Son xəbərlər