Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi

20.08.2026 18:29 285
Heyvanmənşəli qidalara dair yeni qaydalar təsdiqləndi
Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair sanitariya norma və qaydaları təsdiqlənib.

Bununla bağlı müvafiq qərar imzalanıb.

Qeyd olunur ki, yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yol verilən maksimum miqdarına dair sanitariya norma və qaydaları qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə yem məhsuluna məqsədli şəkildə əlavə olunmayan, lakin yemlərin istehsalı, emalı, saxlanması və daşınması zamanı çarpaz çirklənmə nəticəsində heyvanmənşəli qida məhsullarına keçə bilən koksidiostat və ya histomonostatların yol verilən maksimum miqdarını müəyyənləşdirir.

Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvanmənşəli qida məhsullarında yolverilən maksimum miqdarı


Koksidiostat və ya histomonostatlarQida məhsulunun adıYMM, µq/kq yaş çəki
Natrium lazalosidEv quşları və iribuynuzlu heyvandan başqa digər heyvanlardan alınan qida məhsulları:
süd1
qaraciyər50
böyrək20
digər5
NarazinƏtlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta2
süd1
qaraciyər50
digər5
Natrium salinomisinƏtlik toyuq və ətlik dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta3
qaraciyər5
digər2
Natrium monensinƏtlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara daxil olmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları:
qaraciyər8
digər2
SemduramisinƏtlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları;2
MaduramisinƏtlik toyuq və hind quşudan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta12
digər2
RobenidinƏtlik toyuq, hind quşu, ətlik və damazlıq dovşandan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta25
qaraciyər, böyrək, dəri və piy50
digər5
DekokvinatƏtlik toyuq, iribuynuzlu heyvan və qoyundan (südlük heyvanlar istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları;20
HalofuginonƏtlik toyuq, hind quşu və iribuynuzlu heyvandan (südlük mal-qara istisna olunmaqla) başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta6
qaraciyər və böyrək30
süd1
digər3
NikarbazinƏtlik toyuqdan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta300
süd5
qaraciyər300
böyrək100
digər50
DiklazurilƏtlik toyuq, ətlik hind quşu, firəng toyuğu, ətlik və damazlıq dovşan, gövşəyən heyvanlar və donuzdan başqa digər heyvanlardan alınan qida məhsulları:
yumurta2
qaraciyər və böyrək40
digər5

Son xəbərlər