Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

09.10.2024 17:08 708
Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında (BAQM) uyğunsuzluq aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində "Healthy Life" MMC-nin və "Caspi Pharm" MMC-nin Türkiyədən idxal etdiyi BAQM partiyalarından agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Qeyd olunan BAQM partiyaları aşağıdakılardır:

1. "Healthy Life" MMC-nin idxal etdiyi "Pharmanor İlaç San.Tıc. Ltd.Ştı" müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd "Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4" əmtəə nişanlı BAQM;

2. "Healthy Life" MMC-nin idxal etdiyi "Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi" müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd "Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4" əmtəə nişanlı BAQM;

3. "Caspi Pharm" MMC-nin idxal etdiyi "Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi" müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd "Tiger Man, tablet №10" əmtəə nişanlı BAQM.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyaları məhv edilib.

Son xəbərlər