Mojo.az Banner
22:59 Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO  |     22:52 Pilot və stüardessalarla bağlı yeni araşdırma  |     22:45 Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO  |     22:38 Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər  |     22:30 Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi  |     22:22 “ChatGPT” ilə bağlı yeni qərar: Reklam dövrü başlayır  |     22:15 Gəncədə 28 yaşlı kişi bıçaqlandı  |     22:07 Avqustun sonu bu bürclərin üzü güləcək  |     21:59 Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO  |     21:51 ARAŞDIRMA: İnternetin üçdə biri artıq süni intellektlə yazılır  |     21:51 Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO  |     21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |    
Left Banner
Right Banner

"İranın bank hesablarının məhdudlaşdırılması gözlənilir" - İqtisadçı

20.08.2026 17:17 141
"Tramp İrana qarşı “misli görünməmiş miqyasda iqtisadi müharibə və təcrid” elan etdi. O, bu iqtisadi müharibənın detallarını açıqlamasa da, çox güman ki, onun əhatəsi İranı aşacaq və onunla iqtisadi əlaqələri davam etdirən ölkələrə, banklara və şirkətlərə də yönəldiləcək".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, konkret ehtimallara gəldikdə, ilk və əsas hədəf İranın neft gəlirləridir:

"Əsas hədəf həm də yenə Çindir. 2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80%-dən çoxunu Çin alıb. Deməli, İranın neft gəlirlərini ciddi şəkildə azaltmaq üçün ABŞ faktiki olaraq İran neftinin Çin bazarına çıxışını məhdudlaşdırmalıdır. İkinci istiqamət İranla işləyən xarici banklara, neft şirkətlərinə, gəmiçilik şirkətlərinə və digər vasitəçilərə qarşı sanksiyaların genişləndirilməsidir. İranın bank hesablarının, valyuta əməliyyatlarının və beynəlxalq ödəniş kanallarının daha ciddi məhdudlaşdırılması da gözlənilir. ABŞ 2026-cı ilin əvvəlindən İranla əlaqəli 1000-dən çox şəxsə, gəmiyə və hava vasitəsinə artıq sanksiya tətbiq edib. Təzyiq öz nəticəsini göstərir. Müharibədən əvvəl İran neftinin orta yüklənməsi gündə təxminən 1,8 mln. barel olduğu halda, son bir ayda bu göstərici 500 min bareldən aşağı düşüb. İran iqtisadiyyatının vəziyyəti isə onsuz da ağırdır. İyulda illik inflyasiya 66%-ə, ərzaq qiymətlərində illik artım isə 128%-ə çatıb. Buna görə yeni məhdudiyyətlər ölkənin valyuta gəlirlərinə, büdcəsinə və daxili qiymətlərə əlavə təzyiq yarada bilər.

Amma məsələnin digər tərəfi var. İran neftinin dünya bazarından daha çox çıxması və Hörmüz boğazı ətrafında risklərin artması neft qiymətlərini 100 dolların üzərinə yüksəldə bilər və bu daha uzun dövrü əhatə edə bilər. Tramp anons etdiyi kimi davranarsa, qiymətin sərt yüksəlişi 1/2 ehtimaldır. Beləliklə, Trampın yeni iqtisadi strategiyası yalnız İranı seçim qarşısında qoymur. İranla işləyən ölkələr və şirkətlər də ABŞ bazarı və maliyyə sistemi ilə İran arasında seçim etmək məcburiyyətində qala bilərlər. Bu iqtisadi müharibənin hədəfi İran olsa da, onun iqtisadi təsirləri İranın sərhədlərindən xeyli kənara çıxa bilər və qlobal inflyasiyanın sürətlənməsi, dünya iqtisadiyyatının digər sahələrində əlavə təzyiqlərin yaranması da qaçılmaz ola bilər".скачать dle 11.3
Mojo.az Banner