Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

İran Culfa-Naxçıvan dəmir yolu xəttinin bərpasını istəyir - FOTO

15.02.2024 20:30 1 680
İran Culfa-Naxçıvan dəmir yolu xəttinin bərpasını istəyir - FOTO
İranın Araz Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Məcid Kiani Naxçıvan Muxtar Respublikasına səfəri zamanı İranın baş konsulu ilə görüşüb. O, Culfa-Naxçıvan dəmir yolu xəttinin yenidən açılması üçün İran Xarici İşlər Nazirliyindən kömək istəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məcid Kiani İranın Naxçıvandakı Baş Konsulluğunun mövcud dəmir yolu imkanlarından istifadə ilə bağlı diskurs yaratmaqda təsirli rol oynaya biləcəyini deyib.

“İran və Azərbaycan arasında çoxillik əlaqələri nəzərə alaraq, iki ölkə arasında ticarətin inkişaf edəcəyi gözlənilir. Bununla əlaqədar Araz Azad İqtisadi Zonasının məhsulları Naxçıvan və Azərbaycan bazarına əvvəlkindən daha çox çıxarılmalıdır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Araz Azad İqtisadi Zonasının 2013-cü ildən başlayaraq son 10 aya qədər Azərbaycana ixrac həcmi 105 milyon dollar olub.

“Bu illər ərzində Azərbaycan sözügedən iqtisadi zonanın ikinci ixrac istiqaməti kimi tanınıb”, - deyə Kiani qeyd edib.скачать dle 11.3



Mojo.az Banner