Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI

20.08.2026 18:46 414
İçib
Sosial şəbəkədə qeyri-etik hərəkətlərə yol verən daha bir tiktoker saxlanılıb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Masallı rayon sakini Samirə Baxışova (şərti adla) gecə saatlarında "TikTok" sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb. Canlı yayımda isə nalayiq ifadələr işlədib və bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.

Buna görə də o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Üç uşaq anası olan S.Baxışova ifadəsində bildirib ki, çay evində işləyir. Gecə saatlarında işdən çıxandan sonra yemək üçün restorana gedib. Bu zaman "TikTok"dakı səhifəsində canlı yayım açıb. Get-gedə izləyicilərinin sayı artıb və onlar Samirəni təhqir ediblər. Buna görə o da həmin şəxslərə qarşı nalayiq ifadələr işlədib, daha sonra isə canlı yayımı bağlayıb.

Samirə Baxışova hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib. O, əməlindən peşman olduğunu söyləyərək, barəsində cərimə növündə cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə S.Baxışova 700 manat məbləğində cərimələnib.скачать dle 11.3

Son xəbərlər