Mojo.az Banner
Son Xəbərlər
18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |     14:18 Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi  |     13:58 Təbii kürü adı ilə plastik məhsul satılır? – Bu səhvləri etməyin — Əlamətlər  |     13:55 Bakıda uşaq bağçasında ciddi nöqsanlar aşkarlandı - Foto  |     13:42 Un və çörəyin qiyməti bu halda arta bilər – AÇIQLAMA  |     13:26 Bakı metrosu "Sabah"a görə xüsusi rejimdə işləyəcək  |     13:21 Bakıdakı psixiatriya xəstəxanasında ölüm  |     13:08 Bölgələrdə yeni iş yerləri açılacaq? — Deputatdan VACİB MESAJ  |     13:00 12 il həbs cəzası alan şəxs 5 il sonra zərərçəkmişlə barışdı: Hökm dəyişdimi?  |     12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər

20.08.2026 17:24 273
Yayda ayaq şişkinliyinə diqqət: Ürək xəstəliyinin əlaməti ola bilər
Yay aylarında isti hava səbəbindən ayaq və topuq nahiyəsində şişkinlik yarana bilir. Lakin uzun müddət davam edən və təkrarlanan şişkinlik bəzi ciddi xəstəliklərin, o cümlədən ürək çatışmazlığının əlaməti ola bilər.

Türkiyədə Trakya Universitetində çalışan Dr. Sərvət Altay ayaq və topuq şişkinliyinin yalnız isti hava ilə əlaqələndirilərək diqqətdən kənarda saxlanılmamalı olduğunu bildirib.

Onun sözlərinə görə, uzun müddət davam edən, hər iki ayaqda müşahidə olunan və barmaqla basıldıqda çökəklik yaradan şişkinlik ürək çatışmazlığının əlaməti ola bilər. Ürək çatışmazlığı sistemik xəstəlik olduğundan, adətən hər iki ayaqda ödemə səbəb olur. Bu şişkinlik gün ərzində artır, gecə uzanarkən isə azalır.

Sərvət Altay deyib ki, ürək çatışmazlığı hər zaman nəfəs darlığı ilə müşayiət olunmur:

“Xəstəlik sağ və sol ürək çatışmazlığı formasında özünü göstərə bilər. Sol ürək çatışmazlığında nəfəs darlığı daha çox müşahidə edildiyi halda, sağ ürək çatışmazlığında qarında şişkinlik və ayaq ödemi daha qabarıq ola bilər. Buna görə də nəfəs darlığı olmayan şəxsdə də ürək çatışmazlığı mümkündür. Ayaq və baldır nahiyəsində şişkinlik yalnız ürək xəstəlikləri ilə bağlı deyil. Böyrək və qaraciyər xəstəlikləri, qalxanabənzər vəzinin problemləri, venoz və limfa dövranı pozğunluqları, zülal itkisinə səbəb olan xəstəliklər və həddindən artıq çəki artımı da ödemə səbəb ola bilər. Bəzi qidaların qəbulu və müəyyən qan təzyiqi dərmanları da şişkinliyə səbəb olan amillər sırasındadır”.

Altayın fikrincə, şişkinliyin bir və ya hər iki ayaqda olması da səbəbin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Birtərəfli ödem daha çox venoz, limfa və ya arterial problemlərlə, ikitərəfli ödem isə ürək, böyrək, qaraciyər və hormonal pozğunluqlar kimi sistemik xəstəliklərlə əlaqəli ola bilər.

Mütəxəssis söyləyib ki, ayaqlarında davamlı şişkinlik olan şəxslər mütləq həkim müayinəsindən keçməlidirlər:

“Xəstənin vəziyyətindən asılı olaraq fiziki müayinədən sonra exokardioqrafiya, qan analizləri, böyrək və qaraciyər funksiyalarının yoxlanılması, hormonal müayinələr və damarların ultrasəs müayinəsi aparıla bilər. Xüsusilə ayaq şişkinliyinin nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə və ya huşun itirilməsi ilə müşayiət olunduğu hallarda təcili tibbi yardım göstərilməsi çox vacibdir. Birtərəfli şişkinlik ağrı və qızartı ilə birlikdə müşahidə edilirsə, damarda qan laxtasının yaranması ehtimalı da nəzərə alınmalı və vəziyyət təcili qiymətləndirilməlidir”.

Mütəxəssis tövsiyə edib ki, qısa müddətli ödem hər zaman ciddi problemə işarə etməsə də, təkrarlanan və uzun müddət davam edən ayaq şişkinliyi zamanı, xüsusilə ürək-damar sistemi ilə bağlı müayinələrin aparılması vacibdir.
//sfera.az

Son xəbərlər