Mojo.az — elanlar
Son Xəbərlər
22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Banqladeşin yeni prezidenti bəlli oldu

20.08.2026 17:55 516
Banqladeşin yeni prezidenti bəlli oldu
Banqladeş parlamenti Mirzə Fahrul İslam Alamgiri ölkənin yeni prezidenti seçib.

Bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Banqladeş Milliyyətçi Partiyasından irəli sürülən namizəd səsvermə prosesində 255 səs qazanaraq dövlət başçısı postuna təsdiqlənib.

Onun əsas rəqibi olan Oli Əhməd isə 88 deputatın dəstəyini əldə edib.

İdarəetmə formasına görə parlament respublikası olan Banqladeşdə prezident məhz deputatlar tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, sabiq dövlət başçısı Məhəmməd Şahabuddin səhhətindəki problemlərlə əlaqədar iyulun 24-də vəzifəsindən ayrılmışdı. O, hələ ötən ilin dekabr ayında ölkənin müvəqqəti hökumətinin münasibətindən narazı qaldığını və bu səbəbdən postunu tərk etmək niyyətində olduğunu açıqlamışdı.

Ölkənin ali qanununa - konstitusiyaya əsasən, yeni rəhbər seçilənədək prezidentin səlahiyyətlərinin icrası müvəqqəti olaraq parlamentin sədri Hafiz Uddin Əhmədə həvalə edilmişdi.

Son xəbərlər