Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu | 16:41 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi | 16:34 İranda spirtli içkilərdən zəhərlənənlərin sayı 241-ə çatdı | 16:28 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? | 15:47 Pul aldığı şəxsdən oğurluq edib, borcunu qaytardı | 14:53 Prezident rektoru təltif etdi | 14:43 Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü - Rəsmi açıqlama | 14:34 İlham Əliyev: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" | 14:28 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar | 14:27 İlham Əliyev Bayram Beqayı təbrik edib | 14:16 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı | 14:06 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır | 13:55 Bərdədə ər-arvad dəm qazından boğuldu: Qadın öldü, kişinin vəziyyəti ağırdır |
Mojo.az Avto
Mojo.az Avto

Parlament Serj Sarqsyanın taleyini həll etdi

17.04.2018 17:43 2 416
Parlament Serj Sarqsyanın taleyini həll etdi
Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq

Ermənistanın eks-prezidenti Serj Sarqsyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilib.

Sarqsyan Ermənistan Milli Məclisində keçirilən səsvermədə çoxluğun səsini qazanıb. Ona iclasda iştirak edən 94 deputatdan 77-si səs verib. 17 deputat isə Sarqsyanın əleyhinə olub.

Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq.

Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul olunmuş yeni konstitusiya ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. İcra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib.

Prezident isə sadəcə ölkənin nominal lideri olacaq və dövlətin əsas siyasətindən kənarda qalacaq.

Əvvəlkindən fərqli olaraq, hazırkı konstitusiyaya görə, baş nazir məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər.

Parlament tərəfindən seçilmiş baş naziri prezident təsdiqləyəcək. Bundan sonra baş nazir beş gün ərzində baş nazirin müavinlərinin və nazirlərin namizədliyini irəli sürməlidir.

Prezident onları üç gün müddətində təsdiqləməlidir.

Yeni hökumətin formalaşma müddəti 1-10 may tarixləridir. Ermənistanda parlament idarəetmə üsuluna keçid yeni prezidentin çıxışından sonra başlayacaq.

Xatırladaq ki, eks-prezidentin baş nazir postuna namizədliyi ötən gün parlamentdə hakim Respublika partiyası və onun koalisiya ortağı "Daşnaksütyun" tərəfindən rəsmən irəli sürülüb. İki gündür Yerevanda və ölkənin ayrı-ayrı regionlarında Sarqsyanın baş nazir olmasına qarşı çıxanların "vətəndaş itaətsizliyi" aksiyası davam edir.

Son xəbərlər