Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Serj Sarqsyanın qardaşı oğlu həbs edildi

13.04.2021 16:34 1 161
Serj Sarqsyanın qardaşı oğlu həbs edildi
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan yenidən həbs olunub.

“Sputnik Ermənistan” yazır ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan “Facebook” səhifəsində məlumat verib.

12 apreldə Kassasiya Məhkəməsi Baş Prokurorluğun apellyasiya şikayətini təmin edib və Apellyasiya məhkəməsinin Sarqsyana qarşı qabaqlayıcı tədbir kimi girov tətbiq edilməsi barədə qərarını ləğv edib.

Xatırladaq ki, Narek Sarqsyan silah, narkotik maddə saxlamaq və dələduzluqla əlaqəli cinayət işi çərçivəsində axtarışda olub və “insan oğurluğu” maddəsi ilə ittiham edilib. 2018-ci ilin dekabrında “İnterpol” onu Praqada tutub. Burada o, Franklin Qonzalez adı altında gizlənirdi. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub. Sarqsyan barəsindəki qanunsuz silah saxlama, dələduzluq və adam qaçırmaqla bağlı ittihamları qəbul edib.

2019-cu ilin dekabrında o, İrəvana aparılıb. Sarqsyan barəsində həbs qətimkan tədbiri seçilib, lakin 13 noyabr 2020-ci ildə məhkəmə onu 50 000 dollar girov müqabilində sərbəst buraxıb.скачать dle 11.3
Mojo.az Banner