Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır |
Mojo.az Avto
Mojo.az Avto

Sevgi münasibəti cinayətlə nəticələndi: Şantaj olundu, qonaq getdiyi evləri taladı

27.07.2026 16:41 375
Sevgi münasibəti cinayətlə nəticələndi: Şantaj olundu, qonaq getdiyi evləri taladı
Qonaq kimi getdiyi evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qadın məhkəmə qarşısına çıxarılıb.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, istintaq materiallarına görə, hadisələr 2025-ci ilin may və iyul aylarında Bakının Nərimanov rayonunda baş verib.

Araşdırma zamanı müəyyən olunub ki, təqsirləndirilən qadın ilk epizodda tanış olduğu ailənin evində olarkən yataq otağındakı şkafın siyirməsindən 265 min Rusiya rublunu gizli şəkildə götürüb. Həmin məbləğ hadisə vaxtının məzənnəsi ilə 5 811 manat 98 qəpik təşkil edib.

Bundan təxminən iki ay sonra isə o, qonaq qismində olduğu başqa bir mənzildə mebelin üzərində saxlanılan ümumi dəyəri 16 min manat olan qızıl-zinət əşyalarını - boyunbağı, brilyant qaşlı sırğalar və üzüyü oğurlayıb.

Məhkəmədə təqsirləndirilən şəxs özünü ittiham üzrə qismən təqsirli bilib. O deyib ki, hadisələrdən əvvəl bir şəxslə sevgi münasibəti yaşayıb. İddiasına görə, həmin şəxs onu gizli çəkilmiş foto və videolarla şantaj edib, görüntüləri yayacağı ilə hədələyərək əvvəlcə tanışlarının evindən pul, daha sonra isə öz ailəsinə məxsus qızılları götürməyə məcbur edib. Təqsirləndirilən şəxs oğurladığı pulu və qızılları həmin şəxsə verdiyini iddia edib.

İbtidai istintaq zamanı verdiyi digər ifadəsində isə qadın qızıl-zinət əşyalarını maddi sıxıntı səbəbindən oğurladığını, sonradan onları tanışına satdıraraq cəmi 2 min manat əldə etdiyini bildirib. O, oğurluq faktını etiraf etsə də sonradan verdiyi ifadələrdə hadisələrdə başqa şəxsin də rolunun olduğunu irəli sürüb.

Zərərçəkmişlər isə məhkəmədə bildiriblər ki, təqsirləndirilən şəxsin ailələri ilə yaxın münasibətdə olublar və evlərinə mütəmadi gedib-gəliblər. Onların sözlərinə görə, oğurluq faktları aşkar edildikdən sonra əvvəlcə məsələni qarşılıqlı həll etməyə çalışsalar da, əmlak geri qaytarılmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məhkəmə araşdırması zamanı təqdim olunan sübutlar əsasında qadının özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla və təkrar törətməklə gizli talamasında təqsirli olduğu qənaətinə gəlinib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (təkrar törədilməklə oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. İbtidai istintaq dövründə həbsdə saxlanıldığı iki gün cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər