Mojo.az Banner
19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |     18:02 Bakıda 18 istiqamətdə sıxlıq va  |     17:56 Bakı və bir sıra rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     17:47 Azərbaycanda iqlim dəyişiklikləri ilə bağlı xərclər 1,4 milyard manatı ötüb  |     17:45 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib  |     17:30 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb  |     17:07 Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - Xırdalan qatarı yenə işləyəcək  |     16:57 Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?  |     16:52 Sabah 37 dərəcə isti olacaq  |     16:49 Brüsseldən Bakı və İrəvana mühüm mesaj: Sülh yolunda irəliləyiş var  |     16:41 Taksi sürücüsündən ŞOK HƏRƏKƏT: "Uşaqlı adam götürmürəm" - VİDEO  |     16:29 Xocavənddə yanğın: FHN-in bölmələri cəlb edildi  |     15:56 Bakıda daha bir küçədə mikromobillik zolağı yaradıldı  |    
Left Banner
Right Banner

"Yeni Klinika"nın tibb bacısı xəstə baxıcısı işlədiyi evdən 20 minlik qızıl və pul oğurladı

14.07.2026 17:23 219
Bakıda xəstə baxıcısı kimi çalışdığı evdən 20 min manatdan çox dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlayan tibb bacısı hakim qarşısına çıxıb.

Məhkəmədə cinayəti maddi sıxıntı və uzun illər etibar etdiyi qadının hədə-qorxusu nəticəsində törətdiyini iddia edib.

Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs "Yeni Klinika”da kiçik tibb bacısı işləməklə yanaşı, əlavə gəlir əldə etmək üçün fərdi qaydada xəstə baxıcısı kimi də fəaliyyət göstərib. O, insult keçirmiş yaşlı kişiyə evdə qulluq göstərdiyi günlərdən birində ev sahibinə məxsus yataq otağındakı dolabdan külli miqdarda qızıl-zinət əşyaları və nağd pul götürüb.

İş materiallarına əsasən, oğurlanan əşyalar arasında kişi və qadın boyunbağıları, bilərziklər, üzüklər, sırğalar, kulonlar, uşaq qızıl-zinət əşyaları, "Versace” markalı qızıl üzük və 800 manat nağd pul olub. Oğurluq nəticəsində zərərçəkmişə ümumilikdə 20 min 227 manat maddi ziyan dəyib.

Məhkəmədə özünü ittiham üzrə qismən təqsirli bilən tibb bacısı bildirib ki, əvvəlcədən həmin evdən oğurluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, illərlə tanıdığı qadın müxtəlif falçılara pul çatdırmaq adı ilə ondan davamlı şəkildə külli miqdarda pul alıb. O iddia edib ki, həmin qadın əvvəlcə anasına "cadu olunduğunu”, daha sonra isə şəxsi həyatı ilə bağlı problemlərin həlli üçün falçılara müraciət etməyin vacibliyini deyərək ondan minlərlə manat alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bu səbəbdən banklardan kredit götürüb, borca düşüb və sonradan həmin qadın ona pul vermədiyi təqdirdə şəxsi yazışmalarını və tanış olduğu şəxslərlə bağlı məlumatları ailə üzvlərinə göndərəcəyi ilə hədə-qorxu gəlib. O, məhz bundan sonra xəstə baxıcısı işlədiyi evdə qiymətli əşyalar axtardığını və tapdığı qızılları həmin qadına verdiyini iddia edib.

Onun sözlərinə görə, qadın qızıl-zinət əşyalarını satacağını, əldə olunan vəsaitin bir hissəsini ona verəcəyini bildirib. Daha sonra isə qızılların cəmi 5 min manata satıldığını deyərək ona yalnız 1000 manat göndərib.

Zərərçəkmiş şəxs istintaqda bildirib ki, atasının müalicəsi üçün növbəli şəkildə evə gələn tibb bacılarından yalnız təqsirləndirilən şəxs hadisə baş verən gün evdə olub. Bir müddət sonra yataq otağındakı dolabdan çoxsaylı qızıl-zinət əşyalarının və nağd pulun yoxa çıxdığını aşkar edib. Aparılan araşdırmalar nəticəsində oğurluğun məhz xəstə baxıcısı tərəfindən törədildiyi müəyyənləşib.

Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanı tam ödədiyini, artıq heç bir şikayət və tələbinin olmadığını bildirərək bu halın hökm çıxarılarkən nəzərə alınmasını xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə təqsirli bilərək ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Təqsirləndirilən şəxsin istintaq dövründə həbsdə saxlanıldığı bir gün cəza müddətinə hesablanıb və onun üzərində qəti olaraq 1 il 5 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner