Mojo.az Banner
18:16 Sosial şəbəkələr çökdü  |     18:05 Ağdamda 21 yaşlı oğlan yeniyetmə qızla münasibətdə olub: "Məni şantaj etdi" – TƏFƏRRÜAT  |     17:58 Yeni dələduzluq üsulu yayılıb - Telefonunuzla sizi gizli şəkildə belə çəkirlər - Video  |     17:55 Həftəsonu maqnit qasırğası olacaq  |     17:35 Bakıda 22 yaşlı narkokuryer tutuldu  |     17:33 Hacıqabulda günəş elektrik stansiyasının tikintisi məqsədilə torpaq sahəsi ayrılıb  |     17:14 Parklanma cəriməsi və ödənişi eyni vaxtda tutulursa - Vəkil danışdı  |     17:06 Akif Nağı: Azərbaycanlıların xarici münaqişələrə cəlb olunması təhlükəli tendensiyadır  |     16:50 Sosial şəbəkələrə 50 min manatlıq cərimə: Deputat açıqladı  |     16:45 Azərbaycanda baş verən güclü zəlzələdə dağıntı qeydə alınıb? - AÇIQLAMA  |     16:01 TƏBİB-in bəzi müəssisələrində yoxlama aparıldı: 30-dan çox əməkdaş CƏZALANDIRILDI  |     15:48 Nərimanovda moped oğurlayan şəxslər saxlanıldı  |     15:28 Azərbaycanda güclü zəlzələ olub - FOTO  |     15:24 Azərbaycanda 50 min manata qədər məbləğdə cərimələr müəyyənləşir  |     15:12 Azərbaycanda sosial şəbəkələrdə uşaqlar üçün yeni qeydiyyat TƏLƏBLƏRİ müəyyənləşir  |     15:07 İrandan Azərbaycana PUA ilə narkotik daşınmasının qarşısı alınıb  |     15:06 Azərbaycan Portuqaliyada səfirlik açacaq  |     15:05 Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında  |     15:04 Şüvəlanda 66 yaşlı kişi dənizdə boğuldu  |     15:03 Azərbaycanda qadın evində baltalanaraq qətlə yetirildi  |    
Left Banner
Right Banner

Akif Nağı: Azərbaycanlıların xarici münaqişələrə cəlb olunması təhlükəli tendensiyadır

12.06.2026 17:06 402
Akif Nağı: Azərbaycanlıların xarici münaqişələrə cəlb olunması təhlükəli tendensiyadır
Son illərdə Rusiya-Ukrayna müharibəsinin uzanması nəticəsində müxtəlif ölkələrin vətəndaşlarının münaqişəyə cəlb olunması halları artıb. Azərbaycan vətəndaşları arasında da pul müqabilində döyüşlərə qoşulan, hərbi əməliyyatlar zamanı həlak olan, itkin düşən və ya əsir götürülən şəxslər var. Eyni zamanda, Rusiyada daimi və ya müvəqqəti yaşayan bəzi azərbaycanlıların da müxtəlif yollarla müharibəyə cəlb edildiyi iddia olunur.

Bu vəziyyət həmin şəxslərin ailələrinin ciddi narahatlığına səbəb olur. Xüsusilə itkin düşənlərin axtarışı, həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, şəxsiyyətinin müəyyənləşdirilməsi və yaxınlarına təhvil verilməsi ilə bağlı hansı mexanizmlərin mövcud olduğu barədə suallar yaranır.

Bu şəxslərin geri qayıtdıqdan sonra cinayət təqibi və ya digər hüquqi prosedurları necə tənzimlənir?
İnsanların bu cür fəaliyyətə cəlb olunmasının qarşısını almaq üçün qanunvericilikdə boşluq varmı?

İtkin düşən şəxslərin axtarış prosesləri həyata keçirilirmi?

Mövzu ilə əlaqədar Median.Az-ın suallarını cavablandıran Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı bildirib ki, Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı müəyyən proseslər nəzərdə tutulub.

Akif Nağının sözlərinə görə, bu cür şəxslər xaricdə Azərbaycan dövlətinin razılığı olmadan döyüşlərdə iştirak edirlərsə, onlar cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər Azərbaycana qayıtdıqda onlar barədə müəyyən hüquqi prosedurlar həyata keçirilir. Praktikada həbs və ya müəyyən cəzalar tətbiq olunur.
Akif Nağı əlavə edib ki, bu, dünyanı bürümüş bir hadisədir. Bu gün müharibə həvəskarları müxtəlif ölkələrdəki münaqişələrdə iştikar edirlər. Bəziləri pul müqabilində, bəziləri həmin ölkənin ərazisində olduqları müddətdə əgər o ölkənin vətəndaşıdırlarsa, orada ağır hüquqi prosedur yoxdur. Amma, istər-istəməz azərbaycanlı Rusiyanın yaxud Ukraynanın vətəndaşıdırsa, həlak olduqda onun Azərbaycana təhvil verilməsi qohumları tərəfindən istənilir.

Sədr qeyd edib ki, orada prosedur bildiyim qədər yüngüldür. Yəni, həmin ölkənin hakimiyyət strukturları onun meyitini Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsinə qədər xərcləri öz üzərinə götürürlər.

"Digər tərəfdən, tutaq ki, azərbaycanlı şəxslər Rusiya və Ukraynada, vətəndaşlığı olmadan yaşayıb və müharibəyə hər hansısa formada cəlb olunubsa, və ya özü Azərbaycandan könüllü şəkildə gedib müharibədə iştirak edirsə, eləcə də Yaxın Şərqdə gedən müharibələrə gedən şəxslərə qarşı cəmiyyətdəcmənfi münasibət var. Və onlar tam şəkildə qanunla ciddi şəkildə cəzalandırılırlar", — deyə A. Nağı vurğulayıb.

"Bəzən elə olur ki, Rusiyanın və ya Ukraynanın müxtəlif şəhərlərində Azərbaycan təşkilatlarının özlərinin bu məsələlərlə bağlı bir strukturu, qrupları formalaşıb. Onlar müəyyən məbləğ müqabilində cənazənin Azərbaycana çatdırılması, sahiblərinə verilməsi ilə bağlı işlər də həyata keçirilir. Bu, ümumiyyətlə ağır bir məsələdir. Xüsusən də itkin və əsir düşənlərlə bağlı müəyyən addımlar atılmalıdır. Onların orqanlarına çatmaq da, axtarışı da çətindir", — deyə sədr qeyd edib.

Akif Nağı hesab edir ki, bununla bağlı Azərbaycan müəyyən münaqişə ölkələri ilə müqavilələr imzalamalıdır. Dünyada belə məsələlərə görə geniş yayılan ekstradisiya ilə bağlı dünyanın müxtəlif ölkələrində müqavilələr bağlanır. Cinayətdə şübhəli bilinən şəxslərin öz ölkəsinə verilməsi və ya həbs edilən şəxsin cəzasını çəkmək üçün öz ölkəsinə qaytarılması ilə bağlı işlər həyata keçirilir.

"Dünyada münaqişələrin sayı getdikcə artır və müxtəlif ölkələrin vətəndaşları bu müharibələrdə iştirak edir. Ona görə də dövlətlərarası belə bir müqavilənin imzalanmasına ehtiyac var. Və belə olan halda, itkin düşən şəxsin həmin ölkədə dövlət səviyyəsində axtarışı həyata keçiriləcək". Bütövlükdə bu problem yarımçıq vəziyyətdə olduğunu bildirən Akif Nağı deyib:

"İlk növbədə bu məsələnin qarşısını almaq üçün Azərbaycanda həm dövlət tərəfindən qanun bir qədər sərtləşdirilməlidir, həm də maarifləndirmə işləri aparılmalıdır ki, vətəndaş başqa ölkələrdə vuruşmasınlar. Eyni zamanda Azərbaycan vətəndaşlığından asılı olmayaraq bütün etnik azərbaycanlıların bura vətənidir. Etnik azərbaycanlıları da müharibəyə çağırarkən onların razılığı əsas götürülməlidir. Məcbur şəkildə aparılmamalıdır. Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, o, 50 milyon azərbaycanlının prezidentidir. Bu, düzgün bir mövqedir. Eyni zamanda xarici ölkənin vətəndaşlığından olan azərbaycanlılar və qeyri ruslarla bağlı da eyni proses həyata keçirilməlidir", — deyə A. Nağı sonda qeyd edib.


Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner