Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Hacıqabulda günəş elektrik stansiyasının tikintisi məqsədilə torpaq sahəsi ayrılıb

12.06.2026 17:33 309
Hacıqabulda günəş elektrik stansiyasının tikintisi məqsədilə torpaq sahəsi ayrılıb
Hacıqabulda dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunub.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə Hacıqabul rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 321 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Energetika Nazirliyi müəyyən edilmiş bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Prezidentin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bərpaolunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası"nın tələblərinə uyğun həyata keçirəcək.

Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 321.0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınacaq.

Hacıqabul Rayon İcra Hakimiyyəti tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində Nazirlər Kabinetinə məlumat verəcək.

Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.скачать dle 11.3
Mojo.az Banner