Parklanma cəriməsi və ödənişi eyni vaxtda tutulursa - Vəkil danışdı
Son dövrlər paytaxtda parklanma ilə bağlı vətəndaşlardan daxil olan şikayətlər arasında ən çox səsləndirilən məsələlərdən biri parklanma ödənişləri və cərimələrin tətbiqi ilə bağlıdır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Median.Az-ın suallarını cavablayıb.
— Vətəndaş avtomobilini ödənişli parklanma yerində saxladıqdan sonra bir çox hallarda bir-iki dəqiqə gecikməyə görə nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən cərimə rəsmiləşdirilir. Lakin cərimə barədə məlumat vətəndaşa bir neçə saat (5saat ərzində) sonra çatır. Bu müddət ərzində vətəndaş parklanma haqqını ödədikdə, həm cərimə, həm də parklanma ödənişi etmiş olur. Belə hallarda vətəndaşın artıq ödədiyi vəsaitin geri qaytarılması və ya hesablanması həyata keçirilmir. Uzun müddətdir ki, bu problem öz həllini tapmır. Bu gecikmə texniki səbəblərlə bağlıdırsa, problemin aradan qaldırılması istiqamətində hansı işlər görülür və onun həlli nə vaxt gözlənilir?
Qurumdan bildirilib ki, parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırması məsuliyyəti sürücünün üzərindədir.
Parklanma məntəqəsində avtomobili park edən sürücülər ödənişləri parklanma yerinin istifadəsinə görə edirlər. Parklanma məntəqələrində nəqliyyat vasitələrinin davamlı monitorinqi aparılır və məlumatlar sistemə ötürülür. Qanunamüvafiq qaydada proses aparılmadığı təqdirdə, xəta aşkarlanaraq cərimə tətbiq edilir.
Parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın “141” Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.
—Bayram və qeyri-iş günlərində ödənişli parklanmanın pulsuz olduğu ərazilərdə bəzi şəxslərin sürücülərdən qeyri-rəsmi şəkildə pul tələb etdiyi iddia olunur. Axşam saatlarından səhərədək müxtəlif parklanma məntəqələrində fəaliyyət göstərən və ictimaiyyət arasında "levi parklanma yığanlar" kimi tanınan şəxslərlə bağlı hansı tədbirlər görülür? Məsələ ilə bağlı qurum DİN-ə müraciət edibmi? Qeyri-qanuni parklanma haqqı yığan şəxslərlə qarşılaşan vətəndaşlar hansı qaydada müraciət etməli və hüquqlarını necə qorumalıdırlar?
AYNA məsələ ilə bağlı qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində vaxt açıqldıqdan sonra nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində parklanma görə ödəniş tələb olunur.
Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur. Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur.
Məsələyə münasibət bildirən hüquqşünas Ruslan Mustafazadə deyib ki, sürücü parklanma yerinə daxil olduqdan bir neçə dəqiqə gecikmə ilə ödənişi aktivləşdirsə
və bu müddətdə ona cərimə tətbiq olunsa, sonradan etdiyi parklanma ödənişi geri qaytarılmalıdır.Hüquqşünasın sözlərinə görə, dövlət orqanının texniki imkanların olmamasını əsas gətirərək vəsaiti qaytarmaması qanunsuzdur.
Vəkil bildirib ki, ayrı-ayrı hallarda məbləğ kiçik görünsə də, belə hallar kütləvi xarakter aldıqda və yüzlərlə vətəndaşı əhatə etdikdə ümumi məbləğ minlərlə manata çata bilər.
Ruslan Mustafazadə vurğulayıb ki, bu cür hallarda vətəndaşlardan əsassız şəkildə vəsait tutulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan əsassız varlanma sayılır və səbəb olmadan vətəndaşın əmlakının mənimsənilməsidir.
Onun fikrincə, məsul şəxslərin vəsaitlərin geri qaytarılması üçün tədbir görməməsi cinayət araşdırmasının başlanması üçün əsas hesab oluna bilər.
Hüquqşünas hesab edir ki, cərimə tətbiq edildikdən sonra aparılan araşdırma nəticəsində sürücünün parklanma ödənişi etdiyi müəyyən olunarsa, həmin məbləğ ən geci bir neçə gün ərzində geri qaytarılmalıdır. Əks halda bu, qanunsuz və əsassız hesab edilir
Dəniz Pənahova
Median.Az
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Median.Az-ın suallarını cavablayıb.
— Vətəndaş avtomobilini ödənişli parklanma yerində saxladıqdan sonra bir çox hallarda bir-iki dəqiqə gecikməyə görə nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən cərimə rəsmiləşdirilir. Lakin cərimə barədə məlumat vətəndaşa bir neçə saat (5saat ərzində) sonra çatır. Bu müddət ərzində vətəndaş parklanma haqqını ödədikdə, həm cərimə, həm də parklanma ödənişi etmiş olur. Belə hallarda vətəndaşın artıq ödədiyi vəsaitin geri qaytarılması və ya hesablanması həyata keçirilmir. Uzun müddətdir ki, bu problem öz həllini tapmır. Bu gecikmə texniki səbəblərlə bağlıdırsa, problemin aradan qaldırılması istiqamətində hansı işlər görülür və onun həlli nə vaxt gözlənilir?
Qurumdan bildirilib ki, parklanmaya görə ödənişin həyata keçirilməsi qaydalarına əsasən, sürücü avtomobili parklanma məntəqəsində park etdiyi zaman dərhal vaxtı açmalı və avtomobil məntəqəni tərk etdikdə sonlandırmalıdır. Bu prosesin düzgün reallaşdırması məsuliyyəti sürücünün üzərindədir.
Parklanma məntəqəsində avtomobili park edən sürücülər ödənişləri parklanma yerinin istifadəsinə görə edirlər. Parklanma məntəqələrində nəqliyyat vasitələrinin davamlı monitorinqi aparılır və məlumatlar sistemə ötürülür. Qanunamüvafiq qaydada proses aparılmadığı təqdirdə, xəta aşkarlanaraq cərimə tətbiq edilir.
Parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın “141” Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.
—Bayram və qeyri-iş günlərində ödənişli parklanmanın pulsuz olduğu ərazilərdə bəzi şəxslərin sürücülərdən qeyri-rəsmi şəkildə pul tələb etdiyi iddia olunur. Axşam saatlarından səhərədək müxtəlif parklanma məntəqələrində fəaliyyət göstərən və ictimaiyyət arasında "levi parklanma yığanlar" kimi tanınan şəxslərlə bağlı hansı tədbirlər görülür? Məsələ ilə bağlı qurum DİN-ə müraciət edibmi? Qeyri-qanuni parklanma haqqı yığan şəxslərlə qarşılaşan vətəndaşlar hansı qaydada müraciət etməli və hüquqlarını necə qorumalıdırlar?
AYNA məsələ ilə bağlı qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ödənişli parklanma yerlərində vaxt açıqldıqdan sonra nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində parklanma görə ödəniş tələb olunur.
Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur. Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur.
Məsələyə münasibət bildirən hüquqşünas Ruslan Mustafazadə deyib ki, sürücü parklanma yerinə daxil olduqdan bir neçə dəqiqə gecikmə ilə ödənişi aktivləşdirsə
və bu müddətdə ona cərimə tətbiq olunsa, sonradan etdiyi parklanma ödənişi geri qaytarılmalıdır.Hüquqşünasın sözlərinə görə, dövlət orqanının texniki imkanların olmamasını əsas gətirərək vəsaiti qaytarmaması qanunsuzdur. Vəkil bildirib ki, ayrı-ayrı hallarda məbləğ kiçik görünsə də, belə hallar kütləvi xarakter aldıqda və yüzlərlə vətəndaşı əhatə etdikdə ümumi məbləğ minlərlə manata çata bilər.