Azərbaycanda sosial şəbəkələrdə uşaqlar üçün yeni qeydiyyat TƏLƏBLƏRİ müəyyənləşir
Azərbaycanda şəxslərin sosial platformada qeydiyyatına dair tələblər müəyyənləşir.
Sözügedən məsələ "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna əlavə edilməsi təklif olunan yeni maddədə əksini tapıb.
Qeyd olunur ki, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.
Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:
- şəxsin yaşının bəyan edilməsi;
- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.
Qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərti ilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçiriləcək.
Provayder fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında nəzərdə tutulmayan və Azərbaycan Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmayan, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə zidd olmayan texniki üsulları tətbiq edə biləcək.
Nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin olunacaq.
16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə ediləcək. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.
Həmçinin ölkə ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.
Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.
Xarici hüquqi şəxs olan provayderin Azərbaycan ərazisində yaratdığı filial və ya nümayəndəlik ölkə ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.
Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu qanunun 13-4-cü maddəsində qeyd edilən tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları beş iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.
Bu qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbi bu qanunun 13-4.1-ci maddəsində qeyd edilən siyahıya daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra altı ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:
- provayderə yazılı xəbərdarlıq edilir;
- xəbərdarlıqdan sonra 30 gün ərzində müvafiq tələbin yerinə yetirilməməsinə görə provayderə 100 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
- nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən sonra 30 gün ərzində tələbin yerinə yetirilməməsinə görə provayderə 300 000 manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;
- nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən sonra 30 gün ərzində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;
- qadağanın tətbiq edildiyi tarixdən sonra 90 gün ərzində bu qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;
- göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 gün ərzində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 faiz azaldılması təmin edilir;
- göstərilən tədbirin tətbiqindən sonra 60 gün ərzində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 faiz azaldılması təmin edilir.
Maliyyə sanksiyaları dörddəbir məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddəüç hissəsi geri qaytarılır) və göstərilən məhdudiyyətlər 24 saat ərzində aradan qaldırılır.
Müraciətə məhkəmə beş gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
Qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra altı ay ərzində icra edildikdə şamil olunur.
Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minəcək.