Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Netanyahu İlham Əliyevə məktub göndərdi

12.06.2026 18:20 459
Netanyahu İlham Əliyevə məktub göndərdi
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

"Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. İllər keçdikcə daha da möhkəmlənən əsl dostluğumuza və xalqlarımız arasındakı əlaqələrə görə minnətdaram. Regional sabitliyə töhfə verən, sülhün təşviqində və bizi ortaq məqsədlərimizə çatmağa yaxınlaşdırmaqda mühüm rol oynayan səylərinizi, ekstremizmə qarşı mübarizədə qətiyyətli mövqeyinizi çox yüksək qiymətləndirirəm.

Ölkənizin İsrailə davamlı dəstəyinə, oktyabrın 7-də HƏMAS-ın mənfur hücumundan sonra nümayiş etdirdiyiniz həmrəyliyə, həmçinin regional təhdidlərə qarşı mübarizənizə görə Sizə xüsusilə minnətdaram. Bu, hökumətlərimiz və xalqlarımız arasında əsl tərəfdaşlığımızın əsaslandığı etimadı və hörməti təsdiqləyir.

İkitərəfli münasibətlərimizin və süni intellekt, aviasiya, turizm, akademik sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığımızın daha da genişləndirilməsini, həmçinin Birgə Komissiyanın növbəti iclasının keçirilməsini səbirsizliklə gözləyirəm.

Sizə, ailənizə və Azərbaycan xalqına daha yüksək firavanlıq və uğurlar arzulayıram".

Son xəbərlər