Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında

12.06.2026 15:05 396
Xəzər dənizi ilə 400 kiloqrama yaxın narkotiki Azərbaycana gətirən iranlılar hakim qarşısında
Ölkə ərazisinə 328 kq narkotiki qayıqla keçirərkən saxlanılan İran vətəndaşlarının məhkəməsi başlayıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Tariyel Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənlər barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib

Baxış iclası iyunun 23-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının üç vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

İstintaqla Məxtumi Arazqurban oğlu Sadiq (Makhtoumi Sadegh Arazghorban), Atcani Halət oğlu Taher (Atjani Taher Halat) və Qanğerme Çalce oğlu Omidin (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib "Layner" tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər.

Daha sonra həmin şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq cinayətin predmetini təşkil edən narkotik vasitələri dənizə atıblar.

Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Məxtumi Sadiq, Atcani Taher və Qanğerme Omid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1 (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
//oxu.az

Son xəbərlər