Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər  |     17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub  |     17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Cərimə ballarının artırılması təklif olunur: Hansı sürücülərə şamil oluna bilər?

05.06.2026 21:02 570
Cərimə ballarının artırılması təklif olunur: Hansı sürücülərə şamil oluna bilər?
Milli Məclisdə cərimə ballarının 20-dən 50-yə çatdırılması təklifi müzakirə olunur. Bildirilir ki, sürücülük hüququndan məhrum edilən şəxslər bu müddətdə gəlir əldə etməkdə, ailə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər.

Bir sıra hallarda isə işəgötürənlər sürücülük vəsiqəsini itirmiş əməkdaşlarla əmək münasibətlərinə xitam vermək məcburiyyətində qalırlar. Nəticədə qısamüddətli sürücülük hüququ məhdudiyyəti belə uzunmüddətli işsizliyə, kredit öhdəliklərinin yerinə yetirilməməsinə və ailədaxili problemlərə səbəb ola bilir. Təklif müəllifləri hesab edirlər ki, 20 ballıq hədd peşəkar sürücülər üçün qeyri-ədalətli yanaşmadır.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılıbsa, cərimə ballarının limitinin artırılması ehtimalı yüksəkdir:

"Lakin limitin konkret olaraq neçə bala qədər yüksəldiləcəyini indidən demək çətindir. Əgər dəyişiklik qəbul olunarsa, bu, bütün sürücülərə şamil ediləcək. Hər hansı sürücü kateqoriyası üçün ayrıca bal limiti müəyyənləşdirilməsi nəzərdə tutulmur”.

Ekspertin sözlərinə görə, cərimə balı həddinin artırılması sürücülər üçün müəyyən rahatlıq yarada bilər, lakin bu, yol hərəkəti qaydalarının pozulmasına bəraət qazandırmır:

"Əksinə, əsas məqsəd qayda pozuntularının qarşısını almaq olmalıdır. Bal limitinin artırılması avtomatik olaraq qəzaların azalacağı və ya bütün sürücülərin qaydalara tam əməl edəcəyi anlamına gəlmir. Bu qərar daha çox humanist yanaşma kimi qiymətləndirilə bilər”.

Son xəbərlər