Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

BDYPİ bu şəxslərə müraciət etdi: Bərpası mümkün olmayan fəsadlara yol açıla bilər

04.01.2020 14:02 1 158
BDYPİ bu şəxslərə müraciət etdi: Bərpası mümkün olmayan fəsadlara yol açıla bilər
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslər ağır qəzalara yol açır.

Bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Məlumatda, son günlər sürücülük hüququ olmadan nəqliyyat vasitələrinin idarə edilməsi hallarının artması ilə əlaqədar sürücülərə müraciət edilib.

Bildirilib ki, nəqliyyat vasitələri sahiblərinin etibarından sui istifadə edən bəzi gənclərimiz sürücülük hüququ olmadan nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərirlər. Bəzi hallarda isə avtomobil sahibləri öz nəqliyyat vasitələrini bilərəkdən idarə etmək üçün sürücülük hüququ olmayan yaxınlarına verirlər.

Belə şəxslər isə nəticədə sürücülük vərdişləri və təcrübəsi olmadığından, habelə yol hərəkəti sahəsində qanunvericiliyin tələblərini bilmədiklərinə görə ağır nəticəli yol nəqliyyat hadisəsi törədir, insanların həlak olmasına və xəsarət almalarına səbəb olurlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sahibi olan vətəndaşlarımızın nəzərinə çatdırır ki, avtomobilinizi idarə etmək üçün sürücülük hüququ olan tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin. Unutmayın ki, etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər.скачать dle 11.3

Son xəbərlər