Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Fiziki məhdudiyyətli şəxslər avtomobil sürə bilərmi? - AÇIQLAMA

28.01.2019 12:00 3 411
Fiziki məhdudiyyətli şəxslər avtomobil sürə bilərmi? - AÇIQLAMA
Ölkə ərazisində nəqliyyat vasitələrini idarə edənlər arasında müxtəlif insanlara rast gəlinir. Sürücülər arasında qəza nəticəsində əlini, ayağını, görmə qabiliyyətini itirən şəxslər də var. Təbii ki, sürücülük vəsiqəsi üçün sağlamlıq haqqında sənəd tələb edilir.

Məsələ bu insanların sürücülük vəsiqələrini sağlam olanda almasına baxmayaraq, müəyyən qəzalardan sonra sükan arxasında oturmasıdır.

Bəs bu məsələ qanunla tənzimlənirmi? Onların belə vəziyyətlərdə nəqliyyat vasitəsi idarə etmələri həm özləri, həm də başqaları üçün təhlükə yaradırmı?

Oxu.az-ın suallarını Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev cavablandırıb.

Onun sözlərinə görə, bu məsələ birbaşa həkim yoxlanışından sonra təyin edilə bilər:

“Yol Hərəkəti Haqqında Qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarə etmə hüququ) 3-cü bəndində ölkə ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmə hüququnun yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırılması qeyd olunub.

Birinci hal şəxsin sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitdiyi haldır, bu halda müvəqqəti olaraq nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ məhdudlaşdırılır. İkinci hal yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyində qeyd edilən qaydada şəxs beş ildən çox olmayaraq, məhdudiyyətə düşür.

Üçüncü bənddə xəstəlik, fiziki qüsurlar nəzərdə tutulur ki, müalicə olunana qədər və ya fiziki qüsur tam aradan qaldırılana qədər məhdudiyyət qoyulur. Sözügedən xəstəliklər, fiziki qüsurlar isə Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyətləri tərəfindən müəyyən edilir. Onlara bu istiqamətdə məlumatlar Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən göndərilir.

Ümumiyyətlə, fiziki qüsurlu sürücülərin vəziyyəti ilə bağlı yekun qərar həkim rəyi əsasında formalaşır. Həmin sürücülərə həkim tərəfindən nəqliyyat idarə etmək üçün heç bir qadağa yoxdursa, bu halda nə sürücülərin, nə də ətrafdakı insanların həyatı üçün heç bir təhlükə gözlənilmir”.скачать dle 11.3

Son xəbərlər