Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sürücüdən kobud davranış: "Bütün sərnişinləri avtobusdan düşürdü" - İDDİA (Video)

22.10.2025 18:13 666
Bakıda sürücüdən kobud davranış:
Bakıda avtobusunun sürücüsünün sərnişinlə kobud davranışı narazılıq yaradıb.

Bununla bağlı sosial şəbəkədə məlumat yazılıb.

Qeyd olunub ki, "BakuBus"a məxsus 3 nömrəli marşrut avtobusunun sürücüsü yaşlı qadını avtobusdan düşürüb.

"Avtobusda sıxlıq olduğu üçün ön qapıdan minik mümkün deyildi. Yaşlı bir xanım ödənişi ön qapıdan edildikdən sonra arxa qapıdan avtobusa mindi. Xanıma yer vermişdilər, əyləşmişdi. Sürücü isə onun avtobusdan düşməsini tələb etdi və avtobusu sürməkdən imtina etdi. Nəticədə yaşlı xanım gərgin vəziyyətdə avtobusdan endi. Bundan sonra isə sürücü avtobusu lazım olan dayanacaqda deyil, sonrakı dayanacaqda saxlayaraq sərnişinlərin düşməsini tələb etdi", - deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır:

"Bu gün saat 08:00-09:00 arasında "BakuBus" MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır. Məsələnin aydınlaşdırılması videomüşahidə kameraları vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, videogörüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir.

Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcək".

Son xəbərlər