Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Dələduzun Rusiyada "Tümen planı": 12 nəfərlik briqada adı ilə vətəndaşları necə aldatdılar?

02.06.2026 19:05 468
Dələduzun Rusiyada
Bakıda xaricdən avtomobil gətirmək və xaricə işçi göndərmək adı ilə vətəndaşlara qarşı dələduzluq edilib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, təqsirləndirilən Cavid İsayev (ad-soyad şərtidir - red.) qonşuluq münasibətində olduğu şəxsin etibarından istifadə edərək ona münasib qiymətə "Mercedes-Benz GLE" markalı maşın gətirəcəyini vəd edib.

Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayında avtomobil almaq istədiyini bildirib və bu məsələdə ondan kömək istəyib. Təqsirləndirilən şəxs isə 45-50 min manat aralığında bütün xərclər daxil olmaqla maşını gətirə biləcəyini deyərək, qarşı tərəfin etimadını qazanıb.

Bundan sonra zərərçəkmiş müxtəlif vaxtlarda onun bank kartına 5 min, 2 min, 1 min və daha 1 min manat köçürüb. Sonrakı görüşlər zamanı isə 2 min və 1 250 manat məbləğində nağd pul verib. İttihama görə, bu yolla ümumilikdə 12 min 250 manat pul ələ keçirilib. Avtomobil isə gətirilməyib.

Cinayət işində yer alan digər epizod Rusiyaya işçi göndərilməsi vədi ilə bağlı olub. İstintaqla müəyyənləşib ki, təqsirləndirilən şəxs tanışı ilə birlikdə bir nəfərə Rusiyanın Tümen şəhərində təmir-tikinti işlərində çalışmaq üçün 12 nəfərlik elektrik və santexnik briqadası təşkil edəcəklərini bildirib. Onlar işçilərə beh verilməsi adı ilə zərərçəkmişdən 3 min manat alıblar. Lakin sonradan vəd edilən işçilər göndərilməyib, alınan pul da geri qaytarılmayıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. O, avtomobil almaq istəyən qonşusundan pul aldığını təsdiqləsə də, ittihamda göstərilən məbləğin tam şəkildə alınmasını qəbul etməyib. Bildirib ki, aldığı vəsaiti şəxsi ehtiyaclarına xərclədiyi üçün vaxtında qaytara bilməyib.

Rusiyaya işçi göndərilməsi ilə bağlı epizod üzrə isə 3 min manatdan yalnız 600 manat götürdüyünü deyib.

Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra təqsirləndirilən şəxsin dələduzluqda təqsirli olduğu qənaətinə gəlib. Hökmlə ona 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Bundan əvvəl başqa cinayət işi üzrə təyin edilmiş 4 illik həbs cəzası ilə hazırkı cəza qismən birləşdirilib və yekunda 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub.

Həbsdə saxlanıldığı müddət nəzərə alınaraq onun üzərində qəti olaraq 3 il 10 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Son xəbərlər