Mojo.az Banner
12:36 Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılıb öldü  |     12:36 Məhkəmələrdə ipoteka mübahisələri ilə bağlı VACİB ŞƏRTLƏR AÇIQLANDI  |     12:35 Dünya çempionatına doğru: Qadınlardan ibarət yığmamız Andorra səfərində  |     12:34 Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb  |     12:32 Şabranda hotelin fəaliyyəti DAYANDIRILDI - SƏBƏB (Video)  |     12:31 Şirvanda keçmiş məhkum eyni əmələ görə tutuldu - Video  |     12:30 Azərbaycan neftinin qiyməti 125 dolları ötüb  |     12:28 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilib - SİYAHI  |     12:27 ABŞ-də güclü zəlzələ baş verib  |     12:22 UEFA Çempionlar Liqasında həlledici gecə: Yarımfinala hansı klublar yüksələcək?  |     12:21 Gündə neçə dəfə yemək lazımdır? - Mütəxəssis rəyi  |     12:18 "Microsoft" "Windows 11"in aktivləşdirilməsi qaydalarını dəyişdi  |     12:15 Dünyada iş yerləri ilə bağlı ciddi çatışmazlıq gözlənilir  |     12:13 Zukerberqin rəqəmsal əkizi: "Meta" rəhbəri işçilərlə avatarı vasitəsilə danışacaq  |     12:12 Avstraliyada 13 yaşlı qız 109 cinayət əməlində təqsirli bilinir  |     12:10 Sürücülərə təhlükəli anlar yaşadan körpü - Video  |     12:09 Dünyada püstənin qiyməti son səkkiz ilin maksimumuna çatıb  |     12:04 "Roblox" uşaqlar üçün yeni qaydalar tətbiq edir  |     12:02 Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜAT  |     12:01 Kriştianu Ronaldu 45 yaşında mundialda iştirak edə biləcəyini bildirib  |    
Left Banner
Right Banner

Qadını döyərək ona qarşı dələduzluq edən "nazirlik əməkdaşı"na hökm oxundu

24.07.2025 12:02 510
Qadını döyərək ona qarşı dələduzluq edən
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Babək Əmirovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Babək Əmirova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, Babək Əmirov özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə intim münasibətlərdə olduğu zərərçəkmiş Maya Səfərovanın (adı, soyadı şərtidir) etibarından sui-istifadə edərək, onu Şəmkir rayonu ərazisində yol çəkilişi məqsədilə tender prosesi keçiriləcəyinə və tender prosesində iştirak edərək qalib olmaq üçün 30 000 manat məbləğində pul vəsaitinə ehtiyacı olduğuna inandırıb. Sonra o, tenderin qalibi olacağı təqdirdə 2 000 000 manat qazanc əldə edib onunla öz aralarında böləcəyinə dair yalandan vəd verib. Bu yolla Babək 17 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində qadından ümumilikdə 120 906 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.

Bundan başqa, Babək Əmirov 13 noyabr 2023-cü il tarixdə, saat 20 radələrində Mayanın yaşayış binasının həyətində qəsdən başı ilə qadının sol qaş nahiyəsinə, yumruqla sol təpə nahiyəsinə, hər iki qoluna və sol əlinə zərbələr vuraraq, ona xəsarətlər yetirib.

Bundan başqa, o özünü nüfuzlu və işgüzar şəxs, o cümlədən nazirlik əməkdaşı kimi təqdim etməklə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarında avtomobil şinlərinin satışı ilə məşğul olan zərərçəkmiş Amil İbrahimovla (soyadı şərtidir) özünə "WhatsApp" vasitəsilə 26 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində əlaqə saxlayıb. Babək zərərçəkmişə guya rəhbərliyin tapşırığına əsasən, işlədiyi nazirliyə məxsus "Toyota" və "Lexus" markalı xidməti avtomobillərin şinlərini dəyişdirməli olduğuna inandırıb, işi ilə əlaqədar Rusiya Federasiyasında olduğu üçün sifariş verdiyi şinlərin müqabilində ona məxsus bank kartına köçürmə yolu ilə ödəniş edəcəyinə dair yalandan vəd verib. O bu yolla zərərçəkmişdən ümumilikdə 5 260 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.скачать dle 11.3
Mojo.az Banner