Mojo.az Banner
23:01 Bu məktəbdə İNSİDENT: Müəllim direktor müavinini döydü  |     22:52 Gündə yalnız 1 çay qaşığı istifadə etmək olarmış...  |     22:47 Çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı  |     22:34 Bu şəxslər rüsumdan azad edildi  |     22:29 AFFA bu qərarları ləğv etdi  |     22:22 Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır  |     22:17 Bu Avropa kəndində bir nəfər yaşayır  |     22:10 Miri Yusif qızı ilə rəqs etdi - Video  |     22:03 Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış başa çatıb  |     21:56 "Gmail"də yeni funksiyalar təqdim edilib  |     21:50 Müalicə, yoxsa özünüreklam? - Reabilitasiya mərkəzlərinin piar oyunu  |     21:43 Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?  |     21:37 “Tarqovu”da ev almaq neçəyə başa gəlir?  |     21:30 İranda iğtişaşlarda iştirak edənlər sərt cəlanadırılacaq  |     21:25 Bəzi abidələrin siyahısına dəyişiklik edildi  |     21:16 Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı  |     21:10 Meydanın donması səbəbindən İngiltərə klublarının oyunu təxirə salınıb  |     21:01 5 dəqiqəyə 10 min manat: Natiq Şirinov qonorarından vergi ödəyirmi?  |     20:56 Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır (SİYAHI)  |     20:47 "Aksiz vergisi artırılan tütün məhsulları bahalaşacaq" - Video  |    
Left Banner
Right Banner

Azərbaycanda həkim məhkəmə zalında həbs edildi

07.01.2026 12:31 249
Azərbaycanda həkim məhkəmə zalında həbs edildi
Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Quliyevanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs vahid niyyətlə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə şəxsə qarşı dələduzluq əməlləri törədib.

Belə ki, Tahirə Quliyeva Tovuz rayon sakini olan zərərçəkmiş T.T.-nin oğluna II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa olunmasına köməklik göstərəcəyini vəd edib. Bununla bağlı hər hansı səlahiyyəti olmadığı halda, zərərçəkmiş şəxsi aldadaraq 2022-ci il fevralın 28-də Tovuz şəhərində avtovağzalın qarşısında 200 manat, 2022-ci il martın 1-də isə Ağstafa şəhərində avtovağzalın qarşısında 3 800 manat olmaqla ümumilikdə 4 000 manat pul vəsaitini ələ keçirib və həmin məbləği şəxsi ehtiyacları üçün istifadə edib.

Bundan başqa, təqsirləndirilən şəxs analoji üsulla Qazax rayon sakini olan zərərçəkmiş R.R.-i də aldadıb. Belə ki, onun II qrup əlilliyə görə təyin edilmiş və sonradan dayandırılmış təqaüdünün bərpa ediləcəyini vəd edərək 2022-ci il avqustun 26-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin inzibati binasının qarşısında 4 000 manat, 2023-cü ilin fevral ayında isə tanışı vasitəsilə əlavə 500 manat olmaqla, ümumilikdə 4 500 manat pul vəsaitini ələ keçirib.

İttihama əsasən, Tahirə Quliyeva daha sonra Ağstafa rayon sakini olan zərərçəkmiş A.A.-ya qarşı da təkrar dələduzluq edib. Belə ki, 2021-ci ilin iyun ayında və sonrakı dövrlərdə onunla müxtəlif yerlərdə görüşərək ümumilikdə 6 000 manat pul vəsaitini alıb. O, həmin vəsaiti də hər hansı real köməklik göstərmədən şəxsi məqsədləri üçün istifadə edib.

Bundan əlavə, təqsirləndirilən şəxs Qazax rayon sakini olan zərərçəkmiş V.V.-ni də aldadıb. Zərərçəkmiş şəxsin həyat yoldaşına müharibə veteranı adının verilməsinə köməklik göstərəcəyini vəd edən təqsirləndirilən şəxs 2023-cü il iyunun 26-da zərərçəkmişin yaşadığı ünvanda onun 1 000 manat pul vəsaitini ələ keçirib.

Qeyd olunan hallarla təqsirləndirilən şəxs zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vurmaqla aldatma yolu ilə təkrar dələduzluq etməkdə təqsirli bilinib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə Tahirə Quliyeva 1 il 4 ay 6 gün müddətə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalında dərhal həbs olunub.

Tahirə Quliyeva Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzində laboratoriya həkimi vəzifəsində işləyib.скачать dle 11.3