Mojo.az Banner
21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Eurohome”un fəaliyyəti dayandırıldı - Video

25.05.2026 15:23 393
“Eurohome”un fəaliyyəti dayandırıldı - Video
Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome” tikinti materiallarının satışı bazarının fəaliyyəti dayandırılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən satışı bazarında yoxlama keçirilib.

Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Belə ki:

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- ⁠obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam təmin edilməyib, mövcud qurğu isə nasaz vəziyyətdədir;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- bəzi divar və tavan hissələri yanar material olan lambirlə üzlənilib, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- insanların təxliyəsi üçün "Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;

- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.скачать dle 11.3
Mojo.az Banner