Mojo.az Banner
11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |     11:18 Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov  |     11:14 Ağdərədə mina partlayıb  |     23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |    
Left Banner
Right Banner

Bakıda yanğın təhlükəli çörək sexinin fəaliyyəti dayandırılıb - Video

14.07.2025 15:40 696
Bakıda yanğın təhlükəli çörək sexinin fəaliyyəti dayandırılıb - Video
Bakının Xətai rayonunda yerləşən çörək sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu müəyyən edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb və mövcud avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna ixtisaslaşmış lisenziyalı təşkilat tərəfindən illik texniki baxış keçirilməsi barədə müvafiq sənəd təqdim edilməyib:

"Elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib.

Mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Xətai rayonu, Mingəçevir küçəsi, 20/3 ünvanında yerləşən çörək sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və bir nüsxə obyektin nümayəndəsinə təqdim edilib".скачать dle 11.3
Mojo.az Banner